Mobil telefon aşkarlanan 3 nəfər imtahandan xaric edilib

Mobil telefon aşkarlanan 3 nəfər imtahandan xaric edilib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 12 şəhər və rayonda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

DİM-dən Sfera.az-a verilən məlumata görə, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
 

OXŞAR XƏBƏRLƏR