Rektordan təhsilli işsizlər problemi ilə bağlı TƏKLİF

Rektordan təhsilli işsizlər problemi ilə bağlı TƏKLİF
"Ali təhsil məzununun işə qəbul edilməməsinin əsas səbəblərindən biri kimi onların iş təcrübələrinin olmaması qeyd edilir”.
 
Sfera.az bildirir ki, bunu İqtisad universitetinin rektoru Ədalət Muradov deyib. O əlavə edib ki, təhsil müddətində əyani təhsilalanların işə qəbul edilməsinin mövcud qanunvericilik tələblərinə zidd olduğu da bildirilir:

"Doğrudur, "Məşğulluq haqqında” qanununun 5.12.3. maddəsinə əsasən, təhsil müəssisələrində əyani təhsil alanların işsiz kimi qeydiyyata alınmasına yol verilmir. Eləcə də, 4.1.6-cı maddəsində ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində təhsil alanlar muzdlu şəxslərə aid edilir. Amma bütün bunlar tələbələrin işaxtaranlar kimi qeydiyyata alınmasına mane törətmir. Yəni, mövcud qanunvericilik əyani təhsil alan tələbələrin işə qəbul edilməsi üçün məhdudiyyətlər yaratmır”.

Rektor bildirib ki, əyani təhsilalanlar haqqı ödənilən əmək fəaliyyətilə məşğul ola bilər:

"Onun adına açılan əmək kitabçasında (və yaxud onun alternativində) müvafiq qeydlər aparıla bilər. Bu zaman tələbənin iş saatları ilə dərs saatlarının üst-üstə düşməməsi əsas şərtdir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR