53 yaşlı qadını 30 yaş cavanlaşdırdılar - YENİ TEXNİKA
Media
14:50 / 08.04.2022
937
İngiltərədəki Babraham İnstitutunun alimləri yeni texnika ilə 53 yaşlı qadının dəri hüceyrələrini 30 yaş cavanlaşdıraraq 23 yaşlı qadının hüceyrələri ilə bərabərləşdiriblər.
Sfera.az xəbər verir ki, elmi araşdırmanın nəticəsinin çox erkən mərhələdə olsa da, bərpaedici tibbdə inqilab yarada biləcəyi vurğulanıb.
İngiltərənin Kembricdəki Babraham İnstitutundan professor Volf Reykin rəhbərlik etdiyi komanda 53 yaşındakı dəri hüceyrələrində daha əvvəl "Dolly” adlı klonlanmış qoyunda istifadə olunan "IPS” texnikasından istifadə edib. Tədqiqatda əldə edilən hüceyrələrin sanki 23 yaşındakı bir gəncdən gəlmiş kimi görünən və davranan dəri hüceyrələrinə çevrildiyi təyin olunub.
Kök hüceyrələr üzərində aparılan araşdırmalara əsaslanan bu yeni metodun klinik sınaqlara keçmədən əvvəl öyrənilməyə davam ediləcəyi bildirilib.
Əzizə Zeynal
Sfera.az