“Tarif Şurası ləğv edilsin!" - TƏKLİF
Media
14:32 / 08.04.2022
1351
"Tarif Şurası tam ləğv edilməlidir”.
Sfera.az bildirir ki, bunu REAL-ın icraçı katibi Natiq Cəfərli deyib. O qeyd edib ki, Tarif Şurasına bənzər qurum Nazirlər Kabinetinin yanında analitik mərkəz kimi yaradıla, NK-ə təkliflər verə bilər:
"Bundan Sonra Nazirlər Kabineti tariflərlə bağlı təkliflərini Parlamentə təqdim etməli, qiymətlərlə bağlı qərarı yalnız Milli Məclis verməlidir. Çünki tariflərin tənzimlənməsi büdcəyə aid məsələdir, tariflərin artırılması büdcəyə təsir edir. Büdcənin qəbulu, gəlir-xərclər məsələsi Konstitutsiyaya görə Parlamentin səlahiyyətlərinə aiddir”.
N.Cəfərli əlavə edib ki, Tarif Şurası qiymət artırarkən əsaslandırmır, və ya yaydığı əsaslandırma boş söz yığınından ibarət olur:
"Onlar təyin olunmuşlar olduğu üçün vətəndaş qarşısında məsuliyyət hiss etmirlər, ancaq onları təyin edənə yaranmağa çalışırlar. Məhz buna görə də tariflər, qiymət artımı ilə bağlı qərarı məhz seçilmişlər versələr, onlar bunu əsaslandırmağa, izah etməyə borclu olacaqlar”.
Günay Rəsulqızı
Sfera.az