“Kupça”sı olmayan mənzillər hansı problemlə üzləşəcək? – AÇIQLAMA
Media
12:40 / 08.04.2022
1402
Daşınmaz
əmlak alan əksər vətəndaşların üzləşdiyi problemlərdən biri də tikililər üçün
"kupça”ların verilməməsidir.
Son illər tikililərə çıxarışların verilməsi ilə bağlı müvafiq işlər görülsə də, hələ də xeyli sayda mənzil, obyektdə problem aradan qaldırılmayıb.
Maraqlıdır, insanlar mənzillərinə çıxarış alarkən nə üçün bu qədər problem yaşayır? Bu məsələnin həlli üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Sfera.az-a danışan əmlak məsələri üzrə ekspert Elnur Fərzəliyev binalara çıxarışların verilməməsinin büdcə və vətəndaşlara küllü miqdarda maddi ziyan vurduğunu bildirib:
"İllərdir ki, yeni tikilən binalara çıxarışın verilməsi problemli məsələlərdən biri olaraq qalır. Bunun həlli ilə bağlı 2019-cu ildə prezidentin tapşırığı ilə 400 yeni tikili binaya çıxarış verilmişdi. Hətta həmin il bəzi binalar 10 ildir tikilməsinə baxmayaraq, çıxarış ala bilmirdi. Buna rəğmən bu gün də çıxarış ala bilməyən binaların sayı çoxdur. Çoxmərtəbəli binalar tikilərkən aidiyyatı orqanlardan lazımı sənədlər alınır, möhürlər vurulur və bundan sonra tikintiyə başlanılır. Lakin tikinti bitdikdən sonra çıxarışın alınması məsələsi müşkülə çevrilir. Burada isə iki tərəf uduzur. Birinci tərəf həmin binadan mənzil alan vətəndaşlardır, ikinci tərəf isə dövlət büdcəsidir. Yəni binaya çıxarış veriləndə mənzillərin alqı-satqısı zamanı dövlətə vergi ödənilir, mənzil sığortalana bilir, ipoteka predmetinə çevrilib satışa çıxarıla bilir. Bütün bunların olmaması külli miqdarda gəlirdən məhrum olmaqla nəticələnir”.
Ekspert xarci ölkə vətəndaşlarının Azərbaycanda daşınmaz əmlak sahəsinə sərmayə qoymaq istədiklərini, lakin çıxarış səbəbilə bunun mümkün olmadığını da vurğulayıb:
"Başqa ölkələrdən Azərbaycana gələn əcnəbi sərmayəçilər var ki, daşınmaz əmlak bazarına yatırımlar etmək istəsələr də, çıxarışların olmaması səbəbilə mənzil və s. ala bilmirlər. Bizdə mənzil alan şəxsin bina ilə bağlı məlumat toplaması üçün hansısa baza yoxdur, alıcı bina və mənzillə yox, onun sahibinin hansı keyfiyyətlərə malik olması ilə maraqlanır. Dünyanın heç bir yerində belə bir təcrübə yoxdur”.
Sfera.az

Əzizə
Zeynal