Lavrov ELAN ETDİ: Ukrayna yeni saziş layihəsi təqdim edib
Media
16:50 / 07.04.2022
1375
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın onlara saziş layihəsi təklif etdiyini, lakin layihənin İstanbuldakı təkliflərdən fərqli olduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, Lavrov Ukrayna tərəfinin Putin-Zelenski görüşü zamanı Krım və Donbass məsələlərini müzakirə etməyi təklif etdiyini, lakin bunun heç bir halda müzakirə mövzusu olmayacağını bildirib.
O, eyni zamanda Ukraynaya təqdim etmək üçün plan layihəsi üzərində çalışdıqlarını bildirib.
Rusiyalı nazir ABŞ-ı ittiham edərək, müharibənin davam etdirilməsi üçün Ukraynaya təzyiqlərin olduğunu deyib.
Əzizə Zeynal
Sfera.az