Brüssel görüşünün qalibi... – ŞƏRH

Brüssel görüşünün qalibi... – ŞƏRH
"Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüş başa çatıb. Görüşün təşkilinə vasitəçilik edən Avropa Şurasının Prezidenti Şarl Mişel mətbuat üçün açıqlama ilə çıxış edib. Görüş, eləcə də Prezident Mişelin açıqlaması bir sıra aspektlərdən diqqəti cəlb edir”.

Sfera.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib. Millət vəkili tərəflərin sülh müqaviləsinin reallaşması üçün öz istəklərini bəyan etdiklərini vurğulayıb:

"Azərbaycan artıq 5 bəndlik sülh təkliflərini Ermənistana təqdim edib və ölkəmiz regionda sülhün yaranmasında maraqlı dövlətdir. Sülh anlaşmasının işlənməsi və hazırlanması üçün hər iki ölkənin xarici işlər nazirlikləri fəaliyyətlər həyata keçirəcəklər. 

İkincisi, aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması və iki ölkə arasında sərhədlərin delimitasiyası məsələlərinin müzakirəsinin davam etdirilməsi də razılaşdırılıb. 

Üçüncü vacib məqamlardan biri də ölkələr arasında kommunikasiyaların bərpasıdır. Avropa İttifaqı dəmir yolu əlaqələrinin bərpası istiqamətində atılan addımları dəstəkləyərək avtomobil yolu əlaqəsinin də bərpası ilə bağlı tərəfləri səylər göstərməyə səsləyib. Bu Zəngəzur Dəhlizinin reallaşması baxımından da vacib yanaşmadır. Qeyd etmək lazımdır ki, İrəvanda müəyyən dairələr artıq anlayırlar ki, Zəngəzur dəhlizini əngəlləməklə Ermənistan yeni mühüm imkanları əldən buraxır. Zəngəzur dəhlizinin reallaşması Ermənistana bu marşrutun bir hissəsi olmağa və beynəlxalq yükdaşımalarda gəlir etməsinə imkan verə bilərdi. İrəvanın düşünülməmiş siyasəti ona gətirib çıxartdı ki, Azərbaycan bu marşrutu İran vasitəsilə reallaşdırmağa başladı və Ermənistan yenə də oyundan kənar vəziyyətdə qaldı”.

V. Bayramovun sözlərinə görə, dünən axşam jurnalistlərin suallarını cavablandıran Şarl Mişel sülh müqaviləsinin hazırlanması ilə bağlı prosesin məhz indi başladığını bildirib:

"Artıq proses başlayıb. Təbii ki, yeni mərhələdə Ermənistanın öz öhdəliklərinə əməl etməsi vacibdir. Amma İrəvan üçün getdikcə yollar daralır. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Şanlı Zəfərdən sonra Ermənistan üçün ölkəmizin 5 bəndlik sülh təkliflərini qəbul etmək ən rasional seçim kimi görünür.

Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudur. "Qarabağ münaqişəsi” sözünün bir dəfə də işlədilmədiyi Avropa Şurasının son bəyanatı da artıq konfliktin həll olunduğundan və bütün yolların ölkələrin ərazi bütövlüyü çərçivəsində sülh anlaşmasının imzalanmasına apardığından xəbər verir”.

Turan Rzayev
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Boşanıb 50 il sonra yenidən evləndilər - Maraqlı SEVGİ HEKAYƏSİ

ABŞ-dən olan yaşlı kişi və qadın boşandıqdan 50 il sonra evləniblər.   Sfera.az xəbər verir ki, bu barədə KARK.com yazıb.   Fey Qeybl və Rober...

Ev almaq istəyənlərin nəzərinə! - Bu ərazilərdə qiymətlər bahalaşacaq

Bakının Baş planına əsasən, şəhərin müxtəlif ərazilərində sosial infrastruktur genişləndirilir, əsaslı tikinti və abadlaşdırma işləri aparılır. Davam edən prose...

Mehriban Əliyevadan Heydər Əliyevin anım günü ilə bağlı paylaşım - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar instaqramdakı rəsmi səhifəsində paylaşım edib.  ...

Ümummilli Lider Heydər Əliyevin vəfatından 21 il ötür

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümüdür.   Sfera.az-ın məlumatına görə, Ulu Öndərin vəfatından 21 il ötür. ...

Türkiyədə turist yoldaşını girov götürdü

İstanbulda qeyri-adi və narahatedici hadisə baş verib. Belə ki, span turist öz yoldaşını girov götürüb. Sfera.az xəbər verir ki, hadisə Fatih ərazisində ye...

Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi

Bakıda yetkinlik yaşına çatmayan qızı hədələyərək bir kiloqrama yaxın qızıl və xeyli pul alan şəxs həbs edilib.   Hadisə Xətai rayonu Süleyman Vəziro...