Dnepr boşaldılır – "Apreldə şiddətli döyüşlər olacaq"
Media
16:00 / 07.04.2022
1434
Ukrayna hökuməti Dneprdə yaşayan qadınların, uşaqların və qocaların şəhəri tərk etməsini tövsiyə edib.
Sfera.az UNİAN-a istinadən xəbər verir ki, bu haqda Dnepr meri Boris Filatov açıqlama verib.
Dnepr Dnepropetrovsk vilayətinin inzibati mərkəzidir və burada 1 milyona yaxın insan yaşayır.
Mer B.Filatov şəhəri tərk edənlərin geri qayıtmamasını məsləhət görüb, həmçinin müəyyən kateqoriyadan olan vətəndaşları təxliyə etməyə çağırıb. "Qadınlara, uşaqlara, qocalara, eləcə də sənaye müəssisələrində və mühüm infrastruktur obyektlərində işləməyənlərə Dneprdən getməyi tövsiyə edirəm”, - deyən mer Donbasda gərginliyin artdığını və apreldə müharibənin güclənməsinin gözlənildiyini söyləyib.
Aprelin 6-da Ukraynanın reinteqrasiya üzrə nazir İrina Vereşçuk mülki əhalini Donetsk, Luqansk və Xarkov vilayətlərini tərk etməyə çağırmışdı. Nazir yaxın vaxtlarda Rusiyanın yeni böyük hücuma başlayacağını bildirmişdi.
Vasif
Sfera.az