“Facebook” prezident seçkilərinə görə bu hesabları silir – 9 Mayadək davam edəcək…

“Facebook” prezident seçkilərinə görə bu hesabları silir – 9 Mayadək davam edəcək…
"Meta” şirkəti Filippində səsvermə ərəfəsində dezinformasiyaya qarşı mübarizə aparmaq üçün "Facebook” hesablarını silir.
 
Sfera.az xəbər verir ki, "Meta Platforms Inc” Filippində keçiriləcək ümumi seçkilər ərəfəsində 400-dən çox hesab, səhifə və qrupdan ibarət şəbəkənin fəaliyyətini dayandırıb. Şirkət buna səbəb kimi nifrət nitqi və dezinformasiyaların yayılmasını göstərib.
 
Qeyd edək ki, Filippində 9 May seçkiləri üçün namizədlər və tərəfdarlar sosial mediada müraciət etdikdə şərhlərdə yer alan nifrət şərhləri ilə bağlı narahatlıqlar artıb.
 
Keçən ay ölkədə prezidentliyə namizədlər dezinformasiyanın yayılmasına görə sosial media şirkətlərinin məsuliyyətə cəlb edilməsi zərurətini vurğulamışdılar.
 
Əzizə Zeynal
Sfera.az

OXŞAR XƏBƏRLƏR