Azərbaycanda müğənninin evi qarət olundu: 11 min manatını apardılar

Azərbaycanda müğənninin evi qarət olundu: 11 min manatını apardılar
Azərbaycanlı müğənni Tuncay Bərdəlinin evi qarət olunub.

Sfera.az xəbər verir ki, bu barədə Lent.az-a ifaçı özü məlumat verib.

Bildirib ki, yaşadığı evdən 11 min manat pul oğurlanıb.

Müqənni iddia edir ki, oğurluğu mənzilində xadimə işləyən Günel Məmmədova törədib:  

"Mənim iki avtomobilim var idi, birini satdım. Satdığım maşının pulunu digər avtomobilimə qoymuşdum. Həmin məbləği evə aparan zaman mətbəxdə olan xadimə əlimdə pulu gördü. Pulu kassaya yerləşdirdim, açarı da şkafın üstünə qoydum. Evin tozlarını təmizləyən zaman açarı oradan götürüb. Kamera otağından elektriki ayırıb, kameranın yaddaş kartını götürüb sındırıb, kameranın beynini format edəndən sonra yenidən yerinə qoyub. Əzəl gündən də deyirdi ki, mənə əlcək alın. Mən də aldım. Əlcək aldırmaqda məqsədi o idi ki, əl izi heç yerdə qalmasın”. 


OXŞAR XƏBƏRLƏR

Sülhə aparan yol Ermənistan konstitusiyasına dəyişiklikdən və Minsk qrupunun ləğvindən keçir

III Şuşa Qlobal Media Forumu Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ciddi müzakirələrə və mesajlara şahidlik etdi. Forumd...

Prezidentin köməkçisi Şuşadan paylaşım ETDİ - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşadan paylaşım edib.   ...

Novxanıda dənizdə 2 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub. ...

Azərbaycanda da sevilən müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Nazan Öncel yenidən xəstəxanaya yerləşdirilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə &...

Litvalı jurnalist: İlham Əliyev bütün çətin suallara qətiyyətlə və səmimi cavab verdi

Azərbaycan bu gün özünü mürəkkəb çağırışların öhdəsindən gəlməyi bacaran və davamlı inkişaf yolunda inamla irəliləyən güclü, dözümlü və etibarlı ölkə kimi nümay...

Hikmət Hacıyev: Qlobal mediaforum Şuşada təsadüfən təşkil olunmayıb

Şuşa Azərbaycan xalqı üçün çox dəyərli bir yerdir və qlobal media forumunun keçirildiyi yer kimi bura təsadüfən seçilməyib.   Sfera.az Report-a ...