ABŞ bu rusun başına 10 milyon dollar pul qoydu

ABŞ bu rusun başına 10 milyon dollar pul qoydu
ABŞ Dövlət Departamenti rus əsilli haker Yevgeni Viktoroviç Qladkix haqqında məlumat verənlərə mükafat vəd verib.

Sfera.az bildirir ki, məlumatda Qladkixin xarici hökumətin göstərişi və ya nəzarəti altında hərəkət etdiyi qeyd olunub. Qurum açıqlamasına bu cür davam edib:
 
"Qladkixin şəxsiyyəti və ya yeri ilə bağlı məlumat üçün 10 milyon dollara qədər mükafat təklif edirik. O, ABŞ-ın kritik infrastrukturlarına qarşı kiber fəaliyyət də daxil olmaqla, "Kompüter Fırıldaqlığı və Sui-istifadə Aktının” pozulmasına şərait yaradır”.

Məlumatda, həmçinin sözügedən şəxsin 2017-ci ilin may-sentyabr ayları arasında Rusiya Müdafiə Nazirliyinin aparıcı elmi-tədqiqat təşkilatı olan Mərkəzi Elmi Tədqiqat Kimya və Mexanika İnstitutunda kompüter proqramçısı olduğu qeyd olunub:
 
"Qladkix tərəfdaşları ilə birlikdə ABŞ-dan kənarda yerləşən neft emalı zavodunun sistemlərinə kiberhücum edib və onun təhlükəsizlik sistemlərini sıradan çıxaran zərərli proqramlar quraşdırıb. Şübhəli eyni zamanda, 2018-ci ildə iki dəfə ABŞ şirkətinə məxsus olan ölkədəki neft emalı zavodlarına daxil olmağa çalışıb, lakin buna nail olmayıb”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR