"Facebook" və "Instagram"dan Rusiya ilə bağlı gözlənilməz QƏRAR - Azərbaycan da SİYAHIDADIR

"Facebook” və " Instagram” Rusiya ilə bağlı inanılmaz addım atıb.
 
Sfera.az bildirir ki, sosial platformalar Rusiyaya qarşı nifrət dolu çıxışları yayımlayacağını açıqlayıb. Belə ki, normal şəraitdə sözügedən şəbəkələr müəyyən irqə, bəlli bir qrupa və ya ölkənin insanlarına yönəlmiş ayrı-seçkilik xarakterli yazıları məhdudlaşdırır və silir, eyni zamanda bu cür paylaşımlar edənlərin  hesablarını bağlayır. 

"Facebook” illərdir davam etdirdiyi bu siyasəti müvəqqəti olaraq dayandırmaq və Rusiyaya qarşı "nifrət ehtiva edən yazıları” yayımlamaq qərarına gəlib.
Qərara əsasən, "rus işğalçılarına ölüm” kimi sözlərin paylaşılması bundan sonra platformalar tərəfindən bloklanmayacaq. "Facebook” və "Instagram”ın sahibi olan Mark Zukerberqin bu qərarı dərhal böyük müzakirələrə səbəb olub.

Şirkətin bəyanatında isə aşağıdakılar yer alıb:

"Rusiyanın Ukraynaya təcavüzü nəticəsində biz müvəqqəti olaraq qaydalarımıza zidd olan "Rusiya işğalçılarına ölüm” kimi siyasi bəyanatlar yayacağıq. Bununla belə, biz Rusiyanın mülki əhalisinə qarşı zorakılıq çağırışlarına məhəl qoymağa və qadağan etməyə davam edəcəyik”. 

Xəbər agentliklərinin məlumatına görə, yeni qərar Ermənistan, Azərbaycan, Estoniya, Gürcüstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Ukraynanı əhatə edir. Bu məlumatın məzmun menecerlərinə göndərilən elektron məktublardan əldə edildiyi bildirilib. "Meta” şirkəti isə hələlik coğrafi sərhədlərin daha hansı ölkələri əhatə edəcəyini açıqlamayıb və bu mövzuda sualları cavabsız qoyub.

"Facebook” və "Instagram”ın Rusiyaya qarşı bu cür münasibət bəslədiyi bir vaxtda, Rusiya da oxşar sosial media platformalarının ölkə daxilində istifadəsini məhdudlaşdırmağa başlayıb. Ölkədə demək olar ki, bütün Qərb əsaslı sosial media platformaları, xüsusilə "Twitter" və "Facebook" qadağan edilib.

Qeyd edək ki, Mark Zukerberqin şirkəti əvvəllər də oxşar vəziyyətlərdə qəbul etdiyi bu cür qərarlara görə çətinliklərlə üzləşib. 2021-ci ilin iyulunda İranda keçirilən etirazlarda şirkət eyni qərarı verib - İranın ali dini lideri Ayətullah Əli Xamenei üçün hazırlanmış "Ayətullah Əli Xameneiyə ölüm” postlarına müvəqqəti icazə verilib.

Günay Rəsulqızı
Sfera.az

 

 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...