Keçmiş səfirimiz axtarışa verildi - KÜLLÜ MİQDARDA MƏNİMSƏMƏYƏ GÖRƏ

Keçmiş səfirimiz axtarışa verildi - KÜLLÜ MİQDARDA MƏNİMSƏMƏYƏ GÖRƏ
Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev axtarışa verilib.

Sfera.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında məlumat yerləşdirilib.

79 yaşlı diplomat Cinayət Məcəlləsinin 179-cu maddəsi (mənimsəmə və ya israf etmə) üzrə təqsirləndirilir.

Qeyd edək ki, Tələt Müseyib oğlu Əliyev 1942-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində çalışıb. T.Əliyev eyni zamanda 2002-2006-cı illərdə Azərbaycanın Belarus və Moldovada da səfiri işləyib.

OXŞAR XƏBƏRLƏR