Avtomobillərin və ehtiyat hissələrinin idxalına xərclənən vəsait kəskin artıb - CƏDVƏL

Avtomobillərin və ehtiyat hissələrinin idxalına xərclənən vəsait kəskin artıb - CƏDVƏL
Ötən il avtomobillərin və onların ehtiyat hissəslərinin idxalına Azərbaycanın xərclədiyi vəsait kəskin şəkildə artıb.
 
Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxala xərclənən vəsait 354,7 milyon dollar, yəni 43,8 faiz artaraq 1,165 milyard dollara çatıb. Bununla da avtomobillərin və onların ehtiyat hissələrinin idxalında 2012-ci ildə qeydə alınan ən yüksək nəticədən (1 milyard dollar) daha yüksək göstərici qeydə alınıb.

Avtomobillər və onların ehtiyat hissələrinin idxalına çəkilən xərcin ümumi idxaldakı payı isə 10 faizə çatıb. Bu da son illərin ən yüksək göstəricisidir.
Qeyd edilən istiqamətdə daha bir rekord ehtiyat hissələrinin idxalında baş verib. İndiyə qədər ən yüksək göstərici 2019-cu ildə (132,6 milyon dollar) qeydə alınmışdı. 2021-ci ildə isə rekord səviyyədən 97,4 milyon dollar, yəni 73,5 faiz çox idxal həyata keçirilib və ehtiyat hissələrinin alışına çəkilən xərc 230 milyon dollara çatıb.

Amma avtomobil idxalında rekordu təzələmək mümkün olmayıb. Avtomobil idxalına ən çox vəsait 2012-ci ildəki 947 milyon dollardır. Ötən il avtomobil idxalına 935,2 milyon dollar xərclənməklə rekord səviyyəyə yaxınlaşılıb.

Onu da bildirək ki, 2016-cı ildən sonra avtomobillər və onların ehtiyat hissələrinin idxalına çəkilən xərcdə sürətli artım var. Bu, cari əməliyyatlar balansı üçün yaxşı əlamət deyil. Çünki idxalın sürətlə artması xarici valyutada olan iri məbləğdə vəsaitlərin ölkəmizdən çıxışına səbəb olur.

2014-2021-ci ildə avtomobillərin və onların ehtiyat hissələrinin idxalına çəkilən xərclər, onun ümumi idxaldakı payı ilə bağlı məlumatlar aşağıdakı cədvəldə əksini tapıb:
 


Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...