Kəbənin onlayn ziyarət edilməsi doğrudurmu? – Din xadimindən açıqlama
13:17 / 28.01.2022
1244
Milyonlarla
müsəlmanın zəvvar olaraq hər il ziyarət etdiyi müqəddəs torpaqlar Metakainat
üçün açılıb. Belə ki, Səudiyyə Ərəbistanı Kəbə və Həcc məkanlarının
simulyasiyasını virtual aləmə daxil edib.
Bundan
sonra müsəlmanlar müqəddəs yerlərə getmədən Hacər-ül Əsvəd daşını (qara daş)
görüb ona toxuna biləcəklər.
Maraqlıdır,
bu şəkildə onlayn ziyarət nə dərəcədə doğrudur və İslamın beş şərtindən biri
olan ziyarəti bu şəkildə gerçəkləşdirmək mümkündürmü?
Məsələ
ilə bağlı "Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov Sfera.az-a
açıqlamasında onlayn qaydada ziyarətin dini baxımdan düzgün olmadığını
bildirib: "Təbii
ki, bu qaydada ziyarət etmək İslamın buyurduğu beş şərtdən birini ödəməyəcək. Bu
layihə sadəcə olaraq, həmin məkanlarla maraqlananalar üçün faydalı olacaq. Şəri
cəhətdən onlayn qaydada ziyarət olmur”.
H.Qamət
onlayn şəkildə nəzirlərin yığılması ilə əlaqədar qurulan sistemdən də danışıb:
Əzizə
Zeynal