Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verdi

Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan Quru Qoşunları komandanı general Qamar Caved Bacvaya və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, başsağlığında deyilir: "Bəlucistan bölgəsində xaincəsinə edilmiş terror hücumu zamanı qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması haqqında məlumatlar məni dərindən kədərləndirir.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1