Ağdamda minaaxtaranlar üçün yeni mobil düşərgə salındı - FOTOLAR

Ağdamda minaaxtaranlar üçün yeni mobil düşərgə salındı - FOTOLAR
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam rayonunda agentliyin minaaxtaranları üçün yeni mobil sahə düşərgəsi salıb.

Sfera.az xəbər verir ki, düşərgə Nazirlər Kabinetinin verdiyi müvafiq tapşırığa əsasən yaradılıb və Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək.

Düşərgə əməliyyat, inzibati və xidməti heyət üçün lazımi şəraitlə təmin edilib.

Mobil tipli düşərgə müasir avadanlıqlarla təchiz edilərək, heyətin bütün zəruri ehtiyaclarını qarşılayacaq müxtəlif ölçülü konteynerlərdən ibarətdir. Düşərgədə yataqxana, hamam, sanitar qovşağı, yeməkxana, çamaşırxana, anbar, ofis və tibb məntəqəsi var. Həmçinin burada minaaxtaran itlərin saxlanılması, texnika və nəqliyyat vasitələrinin təmiri üçün xüsusi yerlər nəzərdə tutulub.

Şəxsi heyətin asudə vaxtlarının səmərəli keçirilməsi üçün düşərgə futbol - voleybol meydançası və idman üçün trenajorlarla təmin edilib.

Qeyd edək ki, "yaşıl enerji” zonasının tətbiqi konsepsiyasına uyğun olaraq düşərgə günəş enerjisi ilə qidalanan xüsusi işıq dirəkləri ilə təchiz olunub.

ANAMA-nın Ağdam rayonu üzrə mobil sahə düşərgəsi icra edilən əməliyyatların miqyasının genişləndirilməsinə, mərkəzin işçi heyətinin sayının artırılmasına xidmət edəcək. Konteynerlərdən ibarət olan mobil tipli düşərgə minatəmizləmə əməliyyatlarının aparılması istiqamətindən asılı olaraq gələcəkdə başqa əraziyə daşına bilər.

OXŞAR XƏBƏRLƏR

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...