Vətən müharibəsi qazisi Amin Musayevə AĞIR İTKİ - FOTO

Vətən müharibəsi qazisi Amin Musayevə AĞIR İTKİ - FOTO
Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq əsir düşmüş, sonra isə geri qaytarılmış Vətən müharibəsi qazisi Amin Musayevə ağır itki üz verib.

Sfera.az xəbər verir ki, bu barədə oxu.az-a Amin Musayev özü məlumat verib. Belə ki, Vətən müharibəsi qazisinin babası Sadıqov Məmməd Məhəmmədhüseyn oğlu ötən gün 78 yaşında vəfat edib.

Qazimiz babasının vəfatından kədərləndiyini qeyd edib:

"Həyatimda ən dəyər verdiyim insan, mənə atalıq edən insanı itirdim. Mənim atam uşaq yaşlarımda vəfat edib. Anamın atası məni öz övladı kimi böyüdüb, tərbiyə verib. Onun mənim üzərimdə haqqı böyük olub. Bir müddət əvvəl insult keçirmişdi, ondan sonra bütün müalicələrə rəğmən özünü toplaya bilmədi. Təəssüf ki, onu ötən gün itirdim. Vəsiyyətinə uyğun olaraq Ağstafada torpağa tapşırdıq".

OXŞAR XƏBƏRLƏR

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat...

Milli Məclisin iclası BAŞLADI - 14 məsələ MÜZAKİRƏ EDİLİR 

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 14 məsələ daxil edilib. ...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...

"Vətəndaşlar hər 100 manatın 51-ni ərzağa xərcləyir" - Vüqar Bayramov

Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat...

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...