Rusiyanın bu vilayətlərində bütün məktəblər koronaya görə bağlandı

Rusiyanın bu vilayətlərində bütün məktəblər koronaya görə bağlandı
Rusiyanın Buryatiya Respublikasında və Tümen vilayətində yanvarın 31-dən fevralın 13-nə kimi bütün məktəblər distant təhsilə keçəcək.

Sfera.az "Lenta.ru”ya istinadən xəbər verir ki, bu qərar 9, 10 və 11-ci sinif şagirdlərinə aid deyil, onlar əyani formada dərslərdə iştirak edəcəklər.
 
Bu dövr üçün kompüter klublarının fəaliyyəti də məhdudlaşdırılıb.

Son bir həftədə Buryatiyada uşaqların xəstəxanaya yerləşdirilməsinin 3 dəfə artdığı vurğulanır. Hazırda respublikanın xəstəxanalarında 152 uşaq COVID-19-a görə müalicə alır.

Bütün Rusiyada isə son iki həftə ərzində koronavirusa yoluxan uşaqların sayı təxminən 14 dəfə artıb. Bundan əvvəl Rusiyanın səhiyyə naziri Mixail Muraşko xəbərdarlıq etmişdi ki, uşaqlar digər infeksiya növləri ilə müqayisədə Omikron ştamına 2,5 dəfə daha tez yoluxurlar.

Vasif
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1