Azərbaycanlı İngiltərədə cinsi zorakılıq ittihamı ilə həbs olundu

Azərbaycanlı İngiltərədə cinsi zorakılıq ittihamı ilə həbs olundu
Jurnalist olduğunu iddia edən 34 yaşlı Azərbaycan vətəndaşı Ceyhun Zeynalov Böyük Britaniyada seksual qısnama ittihamı ilə mühakimə olunub.

Sfera.az "Daily Mail” nəşrinə istinadən xəbər verir ki, C.Zeynalov Azərbaycanda hakim partiyanı tənqid etdiyi üçün təqiblərə məruz qaldığını iddia edərək, sığınacaq almaq üçün müraciət edib.

34 yaşlı Ceyhun Zeynalov şirniyyat almaq üçün mağazaya gedərkən Stok-on-Trent şəhərinin Şelton ərazisində əqli qüsuru olan qadınla qarşılaşıb.

Xəbərdə vurğulanır ki, C.Zeynalov həmin qadına qarşı seksual xarakterli hərəkətlər edib.

Bildirilib ki, qadın şirniyyat mağazasına daxil olarkən Zeynalov ona yaxınlaşıb, birlikdə içməyi təklif edib. Qadın ona rədd cavabı verib, amma Zeynalov bir şüşə araq alıb və qadın mağazadan çıxanda onu təqib etməyə başlayıb.

Dövlət ittihamçısı Ben Lourens qeyd edib ki, bu şəxs qadını Müqəddəs Mark kilsəsisinin arxasına dartıb aparıb. Orada ona qarşı zorla seksual xarakterli hərəkətlər edib, qadın Zeynalovun əlindən çıxıb evlərinə gedə bilib və baş verənləri anasına danışıb. Anası isə polisə müraciət edib. Bundan sonra Zeynalovu həbs ediblər.

Cinsi zorakılığa məruz qalan qadın məhkəmədə deyib ki, o, müntəzəm olaraq mağazaya piyada gedir:

"Amma baş verənlərdən sonra mən ora getməkdən qorxuram. İndi küçədə tanış olmayan kişilər görəndə narahat oluram. Baş verənlərdən sonra anam mənə görə çox narahatdır”.

Vurğulanıb ki, Ceyhun Zeynalov üç uşaq atasıdır. Siyasi sığınacaq barədə müraciət etdiyi üçün ona ayda 198 funt sterlinq verirlər. 13 illik birgə nikahdan sonra Zeynalov ailəsindən ayrı yaşayır. Əvvəlcə o, günahını boynuna almayıb, amma sonra hər şeyi etiraf edib.

Hakim Zeynalovu hökmün icrası 18 ay təxirə salınmaq şərti ilə 10 aylıq həbsə və 30 günlük reablitasiyaya məhkum edib. Habelə o, alkaqol asılılığından 6 ay müalicə almalı, 120 saat məcburi əməklə məşğul olmalıdır. Bundan əlavə, Zeynalovun adı seksual zəmində cinayətlər törədən şəxslər siyahısına salınıb və 10 il bu siyahıda qalacaq.
 
(Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...