Rusiyada kriminal avtoritetlər arasında atışma - Həsənov döyüldü

Rusiyada kriminal avtoritetlər arasında atışma - Həsənov döyüldü
Yekaterinburqda kriminal avtoritetlərin görüşü ("sxodka”) atışma ilə bitib.

Sfera.az xəbər verir ki, hadisə yanvarın 25-nə keçən gecə, "Kaspi” kafesinin yaxınlığında baş verib. Atışmanın təfərrüatını insidentin iştirakçılarından biri danışıb. Onun sözlərinə görə, gecə yarısı baş verən atışmanın iştirakçılarından biri kriminal avtoritet Marsel Həsənov olub. Görüşə gələnlərin Həsənovla bağlı çoxlu şikayətləri yaranıb. Onu döyməyə başlayıblar və Marsel adamlarını qoyaraq avtomobilinə atılıb və qaçıb. Onun maşını tapança və avtomatlardan atəşə tutulsa da, Həsənov qaçmağı bacarıb. Bildirilir ki, insident çeçenlər və dağıstanlılar arasında yaşanıb. 

Mübahisə pullu dayanacaqla bağlı məsələ üstündə başlanıb.

Daxili İşlər Nazirliyinin Sverdlovsk Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix baş verənləri təsdiqləyib. O bildirib ki, münaqişə iştirakçıları qeydiyyatda olan travmatik tapançadan atəş açıblar. Ölən və yaralananlar olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır. Baş verənlərin şəraiti müəyyən edilir.

Qorelixin sözlərinə görə, münaqişə pullu dayanacaq üstündə deyil, tərəflərdən birinin ağac kəsmə biznesi sahəsində maliyyə borcu ilə bağlı yaranıb. Hadisənin əsas iştirakçıları polis tərəfindən tez bir zamanda müəyyən edilib və dindirilib.

Məlumata görə, Marsel Həsənov Çelyabinsk vilayətinə "baxmağa” təyin edilmiş,  Yekaterinburqda maraqları olan məşhur çeçen "qanuni oğru” Əhməd Şalinskinin əlaqələndiricisi hesab olunur. İlk dəfə Marseli yayda döyməyə çalışsalar da, polisin müdaxiləsi ilə qurtula bilib.
 
(Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Mədə yanması dərmanları miqrenə səbəb olur

Merilend Universiteti tərəfindən aparılan bir araşdırmada tez-tez istifadə edilən mədə yanması dərmanları ilə miqren riskinin artması arasında əlaqə aşkarlanıb....

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...