Startapların mənfəət vergisindən azad edilməsi lazımdırmı?

Startapların mənfəət vergisindən azad edilməsi lazımdırmı?
Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarına əsasən, Startap layihələri 3 il müddəttinə mənfəət vergisindən azad olunub.

Bəs, mənfəət vergisinin ləğvi "Start-Up” layihələrinin stimullaşdırılması üçün yetərlidirmi?

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən, "Taskskilled” layihəsinin təsisçisi Nəriman Qaraxaninin sözlərinə görə, ƏDV startap layihələrinin qarşısında duran ən önəmli maneədir:
 
"Bir startap olaraq, təbii ki, bizim qarşımızda da maneələr var. Bizim sistemimiz hazırdır və biz artıq satışa başlayırıq. Qeyd edə bilərəm ki, əlavə dəyər vergisi (ƏDV) bizim üçün əsas maneədir. İlkin mərhələdə biz gəlirlərimizi öz inkişafımıza yönələdə bilərik. Lakin belə olan halda biz, gəlirlərimizin mühüm bir hissəsini verigi şəklində ödəmək məcburiyyətində qalacağıq. Təbii ki, dövlətdən bu tip dəstək olarsa, işimizi qlobal layihəyə çevirə, sistemin dünya miqyasında istifadəsini təmin edə bilərik”. 

Nəriman Qaraxani ilkin mərhələdəki satışlardan vergi ödəmələrinin hansı probelmləri ortaya çıxardığını da qeyd edib:

"Lakin bu cür maliyyə maneələri bizim sürətimizi azaldır və inkişafa mane olur. Bizim kimi startap layihələrin maddi ehtiyacları olur. Hansı ki, biz ehtiyaclarımızı öz gücümüzlə əldə etməyə məcbur oluruq. Onun üçün də başlanğıcda dəstəyə ehtiyac var. Təbii ki, dövlətin mənfəət verigisinin ləğv etmək kimi bir dəstəyi var. Lakin bu, o qədər də böyük dəstək deyil.

Yaxşı olardı ki, bizə bu tip güzəştlər tətbiq olunardı. ƏDV bir çox startap layihələrinin yaralı yeridir.

Çünki onlar yeni-yeni satışlara başlayırlar. Həmin xırda satışlar isə, bir növ test mühitidir ki, orada insanların satışa reaksiyası məlum olur. Başlanğıc satışların əsas məqsədi gəlir qazanmaq yox, məhsulun problemli tərəflərini və ona olan marağı görməkdir. Yəni, başlanğıcda test kimi satışa çıxarılan məhsul üçün müəyyən vergilər ödəmək məcburiyyətindəsən”.

Qeyd edək ki, "Taskskilled” layihəsi məktəblərdə onlayn təhsil sistemlərində yeni tədris metodlarını əhatə edir. Belə ki, bu sistem şagirdlərin oyunlar və simulyasiyalarla praktiki biliklərə yiyələnməsinə imkan verəcək.

Sistem orta məktəblərdə əsas problemlərdən biri olan laboratoriya məşğələlərinin onlayn formatda təşkilinə imkan verir.
 
``Məsələ ilə, bağlı ekspertlərin fikri də Nəriman Qaraxaninin qeyd etdikləri ilə üst-üstə düşür. Belə ki, ekspertlərin sözlərinə görə, startap layihələrinə ciddi vergi güzəştlərinin tətbiqinə ehtiyac var.

Hətta bir sıra hallarda, vergilərin tamamilə ləğvi və əlavə stimullaşdırıcı tədbirlərin görülməsi də zəruri ola bilər. Bununla yanaşı, bir çok ekspertlər o fikirdədir ki, startapları mənfəət vergisindən, DSMF ödəməlirindən azad etmək daha məqsədə uyğun olardı, cünki startapın mənfəət vergisindən azad edilməsi əslində böyük bir töhfə vermir. 

OXŞAR XƏBƏRLƏR

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...