İran-Ermənistan əlaqələri pozulur? – “Önəmli hadisələr olacaq...”

İran-Ermənistan əlaqələri pozulur? – “Önəmli hadisələr olacaq...”
İkinci Qarabağ müharibəsindən sonra regionda geosiyasi vəziyyət dəyişib. Məhz bu səbəbdən də İranın bölgədəki siyasətinin dəyişdiyi, Ermənistanın mənafelərindən çıxş etmədiyi müşahidə edilməkdədir.

İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan da jurnalistlərə açıqlamasında qeyd edib ki, İran və Azərbaycan arasında əlaqələrdə önəmli hadisələr gözlənilir.
 
Maraqlıdır, İranın Ermənistanla əlaqələri soyuq fazaya keçə bilər? Nazirin qeyd etdiyi kimi Azərbaycan-İran arasında hansı önəmli hadisələr yaşana bilər?
Məsələ ilə bağlı Sfera.az-a danışan deputat Cavanşir Paşazadə İranla müxtəlif istiqamətlərdə əlaqələrin inkişaf edəcəyini deyib:
 
"Prezident İlham Əliyev İran rəsmilərini qəbul edərkən aydın oldu ki, biz bütün qonşu dövlətlərlə münasibəti müsbət yöndə qurmaqdan yanayıq. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra İran bundan əvvəl tutduğu siyasi yolu dəyişməyə başladı. Xəzəryanı ölkələr üçün mühüm əhəmiyyət kəsb edən logistikanın qurulmasında, bundan birbaşa istifadədə də İran maraqlıdır. İran həm də yaşıl enerji ilə əlaqədar Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir. İran bizə yaxın, qonşu ölkədir, bu baxımdan müxtəlif istiqamətlərdə əlaqələrin inkişafı gözləniləndir və aparılan danışıqlar da buna zəmin verir.
Xüsusilə Qarabağda yenidənqurma işlərində, müxtəlif layihələrin həyata keçirilməsində İranın iştirakı mühümdür. Artıq Türkmənistan qaz kəməri də bizim bölgədən keçir. Bu da qonşuluq əlaqələrinin möhkəmlənməsinə zəmin verəcək”.
 
Deputat Cənubi Qafqazdakı sülh təminatının İran iqtisadiyyatına müsbət təsir edəcəyini qeyd edib:

"İranın bundan əvvəlki mövqeyi ilə indiki arasında çox böyük fərqlər var. Düzdür, müəyyən dövr ərzində anlaşılmazlıqlar oldu, İran tərəfinin gözü bizi götürmədi, lakin bütün bunlar da tərəfimizdən cavabsız qalmadı. Lakin sonradan İran rəhbərliyinin münasibətindən aydın oldu ki, Cənubi Qafqazda sülhün bərpası artıq Azərbaycandan asılıdır. İran və onun kimi dövlətlər anlamırdı ki, Azərbaycan prezidenti siyasəti ilə elə bir mənzərə yaradacaq ki, dünya Azərbaycan siyasətindən danışacaq. İndi İran başa düşüb ki, Cənubi Qafqazda sülhün təminatı onun da iqtisadiyyatının güclənməsi ilə nəticələnəcək”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...