İran-Ermənistan əlaqələri pozulur? – “Önəmli hadisələr olacaq...”
12:28 / 26.01.2022
762
İkinci
Qarabağ müharibəsindən sonra regionda geosiyasi vəziyyət dəyişib. Məhz bu səbəbdən
də İranın bölgədəki siyasətinin dəyişdiyi, Ermənistanın mənafelərindən çıxş etmədiyi
müşahidə edilməkdədir.
İran İslam
Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan da jurnalistlərə
açıqlamasında qeyd edib ki, İran və Azərbaycan arasında əlaqələrdə önəmli hadisələr
gözlənilir.
Məsələ ilə bağlı Sfera.az-a danışan deputat Cavanşir Paşazadə İranla müxtəlif istiqamətlərdə əlaqələrin inkişaf edəcəyini deyib:
"Prezident İlham Əliyev İran rəsmilərini qəbul edərkən aydın oldu ki, biz bütün qonşu dövlətlərlə münasibəti müsbət yöndə qurmaqdan yanayıq. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra İran bundan əvvəl tutduğu siyasi yolu dəyişməyə başladı. Xəzəryanı ölkələr üçün mühüm əhəmiyyət kəsb edən logistikanın qurulmasında, bundan birbaşa istifadədə də İran maraqlıdır. İran həm də yaşıl enerji ilə əlaqədar Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir. İran bizə yaxın, qonşu ölkədir, bu baxımdan müxtəlif istiqamətlərdə əlaqələrin inkişafı gözləniləndir və aparılan danışıqlar da buna zəmin verir.
Xüsusilə
Qarabağda yenidənqurma işlərində, müxtəlif layihələrin həyata keçirilməsində
İranın iştirakı mühümdür. Artıq Türkmənistan qaz kəməri də bizim bölgədən keçir.
Bu da qonşuluq əlaqələrinin möhkəmlənməsinə zəmin verəcək”.
Deputat
Cənubi Qafqazdakı sülh təminatının İran iqtisadiyyatına müsbət təsir edəcəyini qeyd
edib:
Əzizə
Zeynal