Azərbaycanda söyüşlü rəy yazanlar cəzalandırılacaq - VİDEO

Azərbaycanda söyüşlü rəy yazanlar cəzalandırılacaq - VİDEO
Bəzi şəxslər sosial şəbəkələrdə digər istifadəçilərə təhqiredici şərh və ismarıclar yollayırlar. Yəni, virtual aləmin sərhədsiz imkanlarından neqativ yöndə istifadə edirlər.  Artıq bunu edənlər cəzalandırılacaqlar. Milli Məclisdə rəqəmsal aləmdə insanların hüquqlarının qorunması üçün xüsusi qanun layihəsi hazırlanır.

Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, rəqəmsal məkanda vətəndaşlarının hüquqları xüsusi qanunla qorunacaq. Bununla bağlı yeni qanun layihəsi hazırlanacaq.

Milli Məclisin İnsan hüquqları komitəsinin deputatı Elşad Mirbəşirin sözlərinə görə, bu Layihənin hazırlanması zamanı beynəlxalq təcrübədən də geniş istifadə olunacaq. Çünki sosial şəbəkələr, rəqəmsal aləm mücərrəd anlayışdır. Real həyatdakı kimi burda heç kim  heç kimi görmür və buna görə də məsuliyyət daşımadan hərəkət edir. Bunun müqabilində isə zərər görən elə insanların özü olur.

Deputat həmçinin onu da əlavə edib ki, bu qanun layihəsi bir başa insanların daha məsuliyyətli olmasına zəmin yaradacaq.

Qeyd edək ki, bununla bağlı qanun layihəsində xüsusi cəza və cərimlər nəzərdə tutulacaq.
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1