Avtomobil idxalı niyə artıb? – Ekspert səbəbləri açıqladı

Avtomobil idxalı niyə artıb? – Ekspert səbəbləri açıqladı
Dövlət Gömrük Komitəsi tərəfindən 2021-ci il ərzində ölkəyə 84 596 nəqliyyat vasitəsinin idxal olunduğu bildirilib. Bu göstərici 2020-ci ildə 49 431-ə bərabər idi.

Maraqlıdır,  nəqliyyat idxalında 70 faizlik artım nədən irəli gəlir? 
 
Mövzu ilə bağlı Sfera.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Qarabağda quruculuq işləri ilə əlaqədar olaraq nəqliyyat idxalının yüksəldiyini deyib:

"2021-ci ildə Azərbaycana gətirilən nəqliyyat vasitələrinin sayının artması iqtisadiyatımız üçün müsbət haldır. İqtisadiyyat böyüdükcə, nəqliyyat vasitələrinə tələb də artır. Bu məsələdə işğaldan azad olunmuş ərazilərə geri dönməyimiz də öz rolunu oynayır. Artıq Qarabağda quruculuq işləri görülür və bu səbəblə də nəqliyyat vasitələrinin idxalının sayında artımın olması gözləniləndir. 2011-2014-cü illərdə  il ərzində Azərbaycana 100 000 nəqliyyat vasitəsi idxal olunurdu.  2021-ci ilin göstəricilərinin 2020-ci ildən yüksək olmasına səbəb postpandemiya dövründə yaşamağımızdır. Buna görə də nəqliyyat vasitələrinə tələbat artıb. Azərbaycan əhalisinin sayı 10 milyonu keçib, lakin ölkədə mövcud olan avtomobillərin sayı təxminən 1 milyon 500 ədəddir. Bunun da 1 milyon 300 mini minik avtomobilləridir. Bu isə əhali sayına nisbətdə böyük deyil. Əgər bu rəqəm 3 milyon olsa idi, o zaman biz avtomobillərin sayının artıq olduğunu deyə bilərdik”.
 
Ekspert hibrid və elektrik avtomobillərin idxalının daha da artacağını deyib:

"Ölkəmizə idxal olunan avtomobillərin əksəriyyəti köhnə, ömrünü başa vurmuş avtomobillərdir. Bizim sahibkarlar ölkəyə təzə avtomobillərin gətirilməsinə çalışmalıdırlar. Ölkədə yeni avtomobillərin alınması üçün vətəndaşların stimullaşdırılması həyata keçirilməlidir. Statistikaya  baxanda görürəm ki, insanlar indi daha çox ekoloji təmiz avtomobillərə üstünlük verirlər.  2022-ci ildən bu avtomobillər gömrükdə əlavə dəyər vergisindən azad olunub. Bu da o deməkdir ki, ölkəyə hibrid və elektrik avtomobillərin idxalının sayı artacaq, insanlar bu tip avtomobilləri daha çox istismar edəcək”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...