“Məktəbdəki görüntülər Azərbaycanda çəkilməyib” - RƏSMİ

“Məktəbdəki görüntülər Azərbaycanda çəkilməyib” - RƏSMİ
Ötən gün sosial şəbəkələrdə məktəblərin birində şagirdlərin sinif otağında müəllimə qarşı qeyri-etik hərəkəti ilə bağlı görüntülər yayılıb.  Sözügedən videoda şagirdlərdən biri ayaqlarını partanın üzərinə qoyur, digəri isə müəllimin arxasında dayanaraq portretlərlə lağlağı edir. Eyni zamanda, sinif otağındakı stulların üzərində kriminal avtoritetlərdən birinin adı yazılıb və oğru dünyasına aid simvollar çəkilib. Bu görüntülər ciddi müzakirələrə yol açıb və müəllimə qarşı hörmətsizlik kimi qiymətləndirilib.

Eyni zamanda partaların üzərində Rövşən, Nihad, Quli, Elmir adları da açıq görünür. 

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərdik. Qurumdan "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, görüntülərin Azərbaycan məktəblərində olması təsdiqini tapmayıb: "Amma məsələ ilə bağlı Təhsil Nazirliyi tərəfindən araşdırma aparılır”.
 


OXŞAR XƏBƏRLƏR