“Omikron son variant deyil, daha ölümcül mutasiyalar yarana bilər” – ÜST-dən AÇIQLAMA
16:05 / 24.01.2022
1147
Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Omikronun son variant
olmadığını bildirib.
Sfera.az
xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində ÜST-nin 150-ci İcraiyyə Şurasının
iclası videokonfrans formatında baş tutub. ÜST rəsmisi açılış nitqində epidemiyanın
başlamasından sonrakı iki il ərzində dünya üzrə 350 milyon koronavirusa
yoluxmanın və bu səbəblə 5.5 milyon ölüm hadisəsinin qeydə alındığını bildirib:
"Hər 12
saniyədə koronavirus səbəbilə bir insan ölür. Epidemiyanın hara qədər gedə biləcəyi
və kəskin dövrün necə bitəcəyi ilə bağlı müxtəlif ssenarilər var. Lakin
unutmamalıyıq ki, Omikron son variant deyil və daha ölümcül mutasiyaların
ortaya çıxması realdır”.
Əzizə
Zeynal