Ən çox bu ərzaqlar BAHALAŞIB - SİYAHI

Ən çox bu ərzaqlar BAHALAŞIB - SİYAHI
2021-ci ildə qiymətləri ən çox artan əsas ərzaq məhsullarının adları bəlli olub.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin dekabrında 2020-ci ilin dekabrı ilə müqayisədə ən yüksək bahalaşma tərəvəz məhsullarında qeydə alınıb. Tərəvəzlərin qiyməti 59 faiz artıb.

Tərəvəzlərdən sonra daha böyük bahalaşma yağlarda (14,1 faiz), süd və süd məhsullarında (14 faiz), meyvələrdə (12,4 faiz), şokalad və konfetlərdə (12,1 faiz) olub.

Ümumilikdə, əsas ərzaq məhsulları arasında qoz istisna olmaqla bütün qida məhsulları bahalaşıb.

Daha böyük bahalaşma ağ kələmdə qeydə alınıb. Ağ kələmin qiyməti 0,4 manatdan 1,1 manata yüksəlib. Tərəvəzin bu növündə bahalaşma 180 faiz olub.

Digər tərəvəz məhsulu olan göy lobyanın qiyməti bir ildə 1,4 manatdan 2,75 manata çatıb. Lobyanın dəyərində illik bahalaşma 95 faizi ötüb.

Qiymət artımı böyük olan digər ərzaq məhsulları bunlardır: pomidor (qiyməti 2 manatdan 3,3 manata çatıb, bahalaşma 62 faizdir), badımcan (qiyməti 1,8 manatdan 2,6 manata yüksəlib, bahalaşma 47 faizdir), yerkökü (qiyməti 3,15 manatdan 4,5 manata çatıb, bahalaşma 44,4 faizdir), sarımsaq (dəyəri 3,15 manatdan 4,5 manata yüksəlib, bahalaşma 44 faizdir), şəkər tozu (qiyməti 1,1 manatdan 1,6 manata yüksəlib, bahalaşma 40 faizdir), kartof (dəyəri 0,75 manatdan 1 manata çatıb, bahalaşma 30,5 faizdir), mərci (dəyəri 2,7 manatdan 3,5 manata çatıb, bahalaşma 30 faizdir).  

Yağlardan kərə yağının qiyməti 16,3 manatdan 17,9 manata, günəbaxan yağının dəyəri 3,1 manatdan 4,3 manata, qarğıdalı yağının qiyməti isə 4,5 manatdan 5,6 manata yüksəlib.

Qiyməti ən az artan ərzaq məhsulları mal əti, toyuq əti, uşaq qidası, banan, fındıq, tomat pastasıdır.

Ötən il əsas ərzaq məhsullarından yalnız qoz ucuzlaşıb.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...