Karantin müddəti niyə 7 günə qədər azaldıldı? – AÇIQLAMA
14:35 / 24.01.2022
1145
Azərbaycanda
bu gündən etibarən test nəticəsi pozitiv çıxanların və onlarla təmasda olmuş şəxslərin
təcrid (karantin) müddəti 14 gündən 7 günə qədər azaldılıb.
Maraqlıdır,
karantin müddətinin 1 həftəyə endirilməsinin səbəbi nədir?
Sfera.az
xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə,
Mərkəzin baş infeksionisti Fərrux Sədirov bildirib ki, hazırda əksər dünya ölkələrində
karantin müddəti 7 günə endirilib:
"Son tədqiqatların
nəticələri göstərir ki, xəstəliyin həm inkubasiya dövrü, həm də yoluxdurma müddəti
6-7 gün çəkir. Bu müddətdən sonra isə xəstə digərlərini yoluxdurmur.
Xatırlatmaq istəyirəm ki, bundan əvvəl də Amerikada xəstəliyi yüngül formalarda
keçirənlərin karantin müddəti 7-10 gün, ağır formada keçirənlərin isə 14-21 gün
idi”.
F.Sədirov
əlavə edib ki, yeni qərarın verilməsi "Omicron” ştamı ilə əlaqədardır: "Düşünürəm
ki, karantin müddətinin azaldılması düzgün addımdır”.
Əzizə
Zeynal