Ermənistan - Türkiyə danışıqlarının ikinci raundu Bakıda olacaq? – “Ola bilər...”

Ermənistan - Türkiyə danışıqlarının ikinci raundu Bakıda olacaq? – “Ola bilər...”
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Türkiyə və Ermənistan  arasındakı danışıqların 1-ci mərhələsi ilə bağlı deyib ki, ilk görüşün Moskvada keçirilməsi hər üç tərəfin razılığı ilə olub. A.Qriqorayn  növbəti raundların başqa ölkələrdə, eyni zamanda İrəvanda və ya Ankarada baş tuta biləcəyini vurğulayıb.
 
Maraqlıdır, görüşün ikinci mərhələsinin  Bakıda, yaxud Tiflisdə təşkili mümkündürmü?

Mövzu ilə bağlı Sfera.az-a danışan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım Türkiyə-Ermənistan görüşünün Bakıda keçirilə biləcəyini istisna etməyib. Millət vəkili görüşün keçiriləcəyi ölkə ilə bağlı ilkin razılaşmaların olduğunu da diqqətə çatdırıb:



"Tərəflər arasında görüşün ilkin şərtlər olmadan keçirilməsini müsbət hal kimi dəyərləndirirəm. Gördüyümüz qədərilə Ermənistan tərəfi sərhədlərin açılmasında çox maraqlıdır. Hətta danışıqlar başlamazdan əvvəl belə onlar sərhədlərin açılması ilə bağlı konkret tarix göstərmişdilər. Türkiyə və Ermənistan arasında görüşün ikinci mərhələsi Bakıda da keçirilə bilər, bununla bağlı konkret qərar yoxdur. Sadəcə, hazırki məlumatlara görə, görüş ikinci dəfə ya Ankarada, ya da İrəvanda keçiriləcək. Bu görüşdə isə Azərbaycanın əleyhinə olan hansısa məsələylə razı ola bilmərik. Hər kəs bilməlidir ki, Türkiyə və İrəvan arasındakı görüşdə Azərbaycan tərəfi çıxış etməsə də, bu boşluq Türkiyə tərəfindən doldurulur. Sanki Azərbaycan da masada oturub. İkinci görüşdə coğrafiyamız üçün xeyirli nəticələrin olacağını düşünürəm”.
 
Deputat Armen Sarkisyanın istefasına da münasibət bildirib:

"Armen Sarkisyan heç bir mənada Paşinyanla uzlaşmırdı. Biz bunu İkinci Qarabağ müharibəsi zamanı da gördük. Görünən odur ki, Nikol Paşinyan onun bütün səlahiyyətlərindən özü istifadə edir. Xüsusilə də ikinci dəfə  baş nazir seçildikdən sonra xalqdan aldığı dəstək buna rəvac verdi. Sarkisyan simvolik olaraq vəzifə daşıyırdı, buna görə də onun istefasını normal qəbul edirəm”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...