Rubl sürətlə dəyər itirir - Hansı təsirləri olacaq?

Rubl sürətlə dəyər itirir -  Hansı təsirləri olacaq?
"Rusiya-Qərb münasibətlərinin gərginləşməsi rublun məzənnəsinə də təsirsiz ötüşmür”.
 
Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O xatırladıb ki, bir ay öncə 1 dollar almaq üçün 73.2 rubl ödəmək lazım idisə, indi bu rəqəm 77.7-dək dəyişib:

"Bu o deməkdir ki, Rusiya valyutası son 1 ayda 6 faizə yaxın dəyər itirib. Hələlik, Moskva birjalarında ciddi volatillik müşahidə olunmasa da, şimal qonşumuzun valyuta bazarındakı proseslər birbaşa Vaşinqtonda qəbul olunan qərarlardan asılı olacaq. Birləşmiş Ştatların Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq etdiyi halda, bu rublun məzənnəsindəki zəifləmələri daha da sürətləndirəcək. Bununla belə, əgər tərəflər gərginliyi diplomatik yollarla həll edərsə, o halda rublun məzənnəsi mövcud intervalda dəyişəcək”.

Millət vəkili qeyd edib ki, Rusiya Azərbaycanın 2.7 milyard dollarlıq qeyri-neft ixracatında ən böyük tərəfdaşıdır:

"Neftdən kənar ümumi ixracatın 32 faizi şimal qonşumuzun payına düşür. Rublun məzənnəsinin zəifləməsi Azərbaycanın qeyri-neft məhsullarının şimal qonşumuzun bazarlarında bahalaşdıra bilər. Rubl daha böyük dəyər itirəcəyi halda, bu, əksər MDB ölkələrinin valyutalarına psixoloji təsir göstərəcək. Moskva birjalarında Vaşinqtondan gələcək xəbərləri izləyirlər. Ağ Evdə isə hələlik sakitlikdir”.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

Almaniyada meymun çiçəyinə 4 yoluxma qeydə alındı

Almaniya Səhiyyə Nazirliyi ölkədə meymun çiçəyinə 4 yoluxma halının olduğunu təsdiqləyib.   Sfera.az “RİA Novosti”yə istinadən xəbər veri...

Bu il ən böyük bahalaşma hansı rayondadır?

Bu il Azərbaycanda yüksək qiymət artımları müşahidə edilir. Aparılan qiymət müayinələri göstərir ki, 2022-ci ildə bütün rayon və şəhərlərdə yüksək bahalaşma qey...

Müavinətlər və sosial yardımların ödənilmə vaxtı AÇIQLANDI

Respublika üzrə müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilmə vaxtı açıqlanıb.    Sfera.az xəbər verir ki, bu b...

ATƏT-dən Əliyev Paşinyan görüşünə reaksiya

Biz Avropa Birliyinin (AB) yardımı ilə Azərbaycan və Ermənistan tərəfləri arasında görüşü alqışlayırıq.   Sfera.az xəbər verir ki, bu barədə ATƏT-ə s...

"Təranənin yanında yaxşı kişi olsaydı..." - Rəqsanə

"Neçə gündür Elza Seyidcahanın verilişdə olması gündəmdədir. Ona yardımı reklam üçün etmədim. Uşaq deyiləm, onla özümə xal qazanım. Elza Seyidcahanla heç y...

Şuşa və Ağdama iyuna olan biletlər satışa çıxarılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Şuşa və Ağdam şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərin...