Azərbaycanda keçmiş məmurun ailəsində FACİƏ - FOTO

Azərbaycanda keçmiş məmurun ailəsində FACİƏ - FOTO
9 gün əvvəl İsmayıllı rayonunda baş vermiş yanğın zamanı xəsarət alan şəxs dünyasını dəyişib. 

Sfera.az-ın məlumatına görə, rayonun Quşencə kəndində qeydə alınmış yanğın zamanı xəsarət alan Sovetxan Muradəliyev ötən gün xəstəxanada vəfat edib. 

Qeyd edək ki, yanvarın 13-də Sovetxan Muradəliyevə məxsus evdə güclü yanğın olub. Yanğın zamanı ev sahibinin həyat yoldaşı 1943-cü il təvəllüdlü Muradəliyeva Ruhəngiz Yunis qızı aldığı yanıq xəsarətləri səbəbindən hadisə yerində ölüb. Ağır xəsarətlər alan Sovetxan Muradəliyev Respublika Yanıq Mərkəzinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 

Əldə etdiyimiz məlumata əsasən, faciəvi şəkildə dünyasını dəyişən S.Muradəliyev uzun illər feldşer işləyib. Onun övladı Vüqar Muradəliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə çalışıb. 

V.Muradəliyev ötən il tutduğu vəzifədən azad olunub.  
 
(modern.az)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1