Rusiyanın TƏHLÜKƏLİ SSENARİSİ: Ukraynanın yarısını qoparmaq, bölgədə təxribatlar...

Rusiyanın TƏHLÜKƏLİ SSENARİSİ: Ukraynanın yarısını qoparmaq, bölgədə təxribatlar...
"Kremlin Donbass separatçılarını "tanıması” Qarabağ separatçılarını və onların başda Ermənistan olmaqla, digər dövlətlərdəki tərəfdarlarını fəallaşdıracaq”.
 
Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiya Kommunist Partiyasının Dövlət Dumasına "Donetsk Xalq Respublikası” və "Luqansk Xalq Respublikası”nın tanınması təklifini şərh edərkən deyib. O bildirib ki, Kreml iki mərhələdə məsələni öz xeyrinə həll etməyi planlaşdırır:

"Birinci mərhələdə separatçıları rəsmən tanıyacaqlar, ikinci mərhələdə isə 2014-cü ildə Krımda olduğu kimi Donetskdə və Luqanskda "referendum” keçirib bölgəni Rusiyaya birləşdirəcəklər. Bu, Putinin Ukrayna ilə bağlı minimum planıdır. Maksimum plan isə "Novorossiyadır”, yəni Ukraynanın tən yarısının qopardılmasıdır. Putin bu planın reallaşmasını növbəti prezident müddətinə saxlaya bilər.

Lakin Kremlin Donbass separatçılarını "tanıması”ndan sonra, separatçılar dünyadakı erməni lobbisi ilə birgə "tanınma” mövzusunu aktuallaşdırmağa çalışacaqlar. Bu məqsədlə bölgədə təxribatların sayı da arta bilər. Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovanın bir neçə gün əvvəl "Laçın dəhlizindən keçidlərə rusiyalı sülhməramlılar qərar verir” açıqlaması da bizim üçün xəbərdarlıq zəngi olmalıdır”.

Politoloq qeyd edib ki, Ukraynanın ərazi bütövlüyünə dəstək verən Qərb ölkələri Qarabağla bağlı fərqli siyasət yürüdürlər:

"Fransa prezidentliyinə namizədin heç birinin  Abxaziyaya, Cənubi Osetiyaya və ya Donbasa getmək ağlına gəlməzdi, ancaq Azərbaycan sərhədini pozaraq rusiyalı hərbçilərin nəzarətindəki Xankəndiyə gəlməyi özləri üçün qüsur hesab etmirlər. Bakı ilə Moskva arasında tərəfdaşlıq münasibətləri mövcud olsa da, rusiyalı hərbçilərin Qarabağdakı fəaliyyəti münasibətlərdə getdikcə sualların sayını artırır.

Qarabağ separatçıları Ermənistan kimi Rusiyanın vassalı olmağa hazırdılar. Moskva isə onların qarşısında baş əyənləri sevir. Erməni separataçıları və Ermənistandakı "Qarabağ klanı” əllərindən gələni edəcəklər ki, Rusiya Donbass kimi Qarabağı da siyasi himayəsi altına alsın. Bu təhlükəli ssenarilərin qarşısını almaq bizdən asılıdır”.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

Fulya Öztürkün də qatıldığı azərbaycanlı aparıcının toyundan GÖRÜNTÜLƏR - VİDEO

Aparıcı Aysel Fərziyevanın toyu olub. Sfera.az xəbər verir ki, o, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev ilə a...

Ukrayna müdafiə nazirliyi açıqlama YAYDI

Ukrayna ordusu Donbasda Rusiya silahlı qüvvələrinin 7 hücumunu dəf edib.   Sfera.az-ın  xəbərinə görə, bu barədə Ukrayna Silahlı qüvvələrin...

Bayraktardan Bakı paylaşımı: “Həyəcan keçirdim”

“Gənc qardaşlarımın innovativ ideyalarını dinləyərkən həyəcan və qürur hiss etdim”.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin &ldqu...

Atıcılıq üzrə Dünya Kubokunda ilk final mərhələsi başa çatdı - FOTOLAR

Bakıda atıcılıq üzrə Dünya Kubokunda ilk finallar başa çatıb.   Sfera.az  xəbər verir ki, 10 m tüfəng atıcılığı üzrə kişilər arasında yarışda se...

Sabahın hava proqnozu AÇIQLANDI

Mayın 30-a olan hava proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımad...

“Evdə yad kişi ətrini hiss etdim” – Bakıdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Bakının Binəqədi rayonunda 1952-ci il təvəllüdlü Sahib şəxsi münasibətlər zəminində arvadı Arzunu (adlar şərti verilib – red.) qətlə yetirib.   ...