Səhiyyə Nazirliyi "Omikron"la bağlı əhaliyə yenidən çağırış etdi

Səhiyyə Nazirliyi
Səhiyyə Nazirliyi "Omikron"la bağlı əhaliyə yenidən çağırış edib.

Sfera.az xəbər verir ki, çağırışda koronavirusun "Omikron” mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlardan səhiyyə qurumlarının müəyyən etdiyi virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmək xahiş olunub.

Qeyd olunub ki, maska taxılmalı, tez-tez əllər yuyulmalı və ya antiseptik vasitələrdən istifadə edilməli, fiziki məsafə saxlanılmalı, insanların sıx toplaşdığı yerlərdən uzaq durmalı, vaksin olunmalı, virusa yoluxduğunuz halda özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid etməli, təcrid olunan yeri tez-tez havalandırmalı, gün ərzində 2 dəfə bədən hərarəti ölçülməli, bol maye qəbul edilməlidir. Eyni zamanda yataq rejiminə riayət edilməli, hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edilə bilər.

Bundan başqa, 5 gündən çox müddətdə idarə olunmayan yüksək qızdırma (>38.5℃, qızdırma salıcı dərmanlara tabe olmayan) narahat edici olarsa, ASM (poliklinika) ailə həkiminə (sahə həkimi pediatrı, sahə həkimi terapevti) məlumat verilməli, ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durulmalı, qonşunun, qohumun, tanışın tövsiyəsinə əsasən dərman qəbul edilməməli, orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmamalıdır.

"Vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitə olaraq qalır. Vətəndaşlarımızı gücləndirici ("buster”) doza ilə vaksin olunmağa çağırırıq" - məlumatda qeyd olunub. 

OXŞAR XƏBƏRLƏR

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək - FOTOLAR

Rabitəbank elm, təhsil və maariflənmənin inkişafına dəstək məqsədilə 23 Aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini həyata keçirib. Belə...

Sadır Japarov Azərbaycana dövlət səfərinə YOLLANDI

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə yollanıb.   Sfera.az Qırğızıstan KİV-lərə istinadən xəbər verir ki, bu barədə Q...