Müstəqilliyə gedən yoldakı 20 Yanvar səddi
13:58 / 19.01.2022
676
20
Yanvar hadisələrindən 32 il keçir. Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin
xatirəsini dərin ehtiramla yad edir. Çünki 1990-cı il yanvarın 20-si Azərbaycanın
müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın milli müstəqillik,
azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilib.
20
Yanvar XX əsr boyu xalqımıza qarşı yürüdülən düşünülmüş siyasətin növbəti təzahürü
idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri,
Azərbaycan xalqına qarşı soyqırım və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli
torpaqlarından qovulması bu siyasətin davamı idi.
Ümumiyyətlə
ötən əsrin sonlarında Azərbaycan xalqının müstəqillik, suverenlik arzusu və bu
istiqamətdə siyasi oyanışı Sovet hökumətini ciddi narahat edirdi. Nəticə etibarilə
Bakıya qoşun göndərən Sovet hökuməti 1990-cı il 20 yanvar tarixində dinc əhaliyə
və etirazçılara qarşı silahlı müdaxilə ilə cavab tədbirləri gördü.
Sovet
hökuməti Bakıya qoşun yeritsə də, bu Azərbaycan xalqının müstəqillik arzusunu və
ya etirazlarını səngitmədi. Əksinə, SSRİ rəhbərliyinin səriştəsiz siyasətinin ən
pik həddi olan 20 Yanvar qırğınları Azərbaycandakı mübarizə ruhunu daha da
artırdı və Sovet imperiyasının 70 il ərzində yaratdığı xof büsbütün dağıldı.
20
Yanvar hadisələrinin baş verməsində şübhəsiz ki, Azərbaycanın o vaxtki səriştəsiz,
kölə psixologiyalı rəhbərlərinin də payı vardı. Baş verən hadisələr baxmayaraq
israrla Kremldən gələn tapşırıqları icra edən bu şəxslərdə 20 Yanvar hadisələrinin
baş verməsində məsuliyyət daşıyır. Xalqla bir olmağa cəsarəti çatmayan sovet rəhbərliyinin
ətəyindən yapışmaqda davam edən bu şəxslər hər zaman olduğu kimi, bu dəfə də
xalqın səsinə qulağını tıxadı.
20
Yanvar qırğınından danışarkən hadisələr sonrası məsələyə həmin vaxt Moskvada
yaşayan mərhum Prezident Heydər Əliyevin verdiyi reaksiyanı da qeyd etmək
lazıdmır. Məsələ ondadır ki, özünün və ailə üzvlərinin həyatının təhlükədə
olmasına baxmayaraq, faciənin ertəsi günü Heydər Əliyev Azərbaycanın daimi
nümayəndəliyinə gəldi, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla
çıxış etdi və xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bu fakt
ona görə vacibdir ki, 20 Yanvar hadisələri sonrası Qərb və onun "demokratiyası”
Bakıda qırğınlar törədilməsinə qərar verən Mixail Qarbaçova Beynəlxalq Nobel
Sülh Mükafatı verdi.
ABŞ
hökuməti də bu hərbi müdaxiləni anlayışla qarşıladığını bildirmişdi. Avropanın
müxtəlif müdya qrumları da Bakıda baş verən qırğınlara qeyri adeqvat yanaşma sərgilədi.
Məsələn, "Ştern” məcmuəsi və "Tribuna lyudu” qəzeti bu hadisələri
qeyri-obyektiv işıqlandıraraq, hərbi qüvvədən istifadə olunmasının zəruri
olduğunu bildirmişdi. "Los-Anceles Tayms”, "Vaşinqton Post”, "Krisçen Sayens
Monitor”, "Nyu-york Tayms”, "Baltimor San” kimi dünyanın ən tanınan mətbu
orqanları, eləcə də bir sıra xarici radiostansiyaların məlumatlarında Bakıda
baş verən hadisələrə laqeyd münasibət özünü göstərirdi. Göründüyü kimi, Qərbin ən
ali dəyər saydığı, realda isə oyuncaq kimi oynatdığı "Demokratiya” da Bakıda
törədilən qırğınları zorakılıqları alqışladı. Əks halda Bakı qırğınlarına qərar
verə, rəhbərlik edə Qorbaçovu ən azından demokratiya düşməni elan edərdi.
1990-cı
il yanvarın 20-də Bakıda hadisələr baş verərkən Qarabağda da ermənilər aktivləşmişdi.
Erməni ideoloqları və onların ilhamvericiləri "Böyük Ermənistan” ideyasını həyata
keçirmək üçün demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq
Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Ermənilərin Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsi uğrunda iki komitəsi - Yerevanda "Qarabağ”
komitəsi və onun Dağlıq Qarabağda uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı
olan "Krunk” açıq fəal mübarizəyə başlamış, separatçılıq hərəkatı genişlənmişdi.
1989-cu
il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Azərbaycanın suverenliyini kobud surətdə
pozaraq, DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd
qərar qəbul etdi. 42 gün ərzində DQMV-nin müəssisələri Ermənistanın müvafiq
nazirlik və idarələrinin tabeliyinə verildi. Birbaşa mərkəzin fəaliyyətsizliyi,
bəzən isə açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin
faktiki olaraq Azərbaycandan ayrılması və Ermənistana istiqamətləndirilməsi baş
verdi. Bununla da, Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərini
pozaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi.
Nəticədə,
sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti
1988-ci ilin sonu 1989-cu ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə
gətirib çıxardı. DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni
təcavüzü daha geniş miqyas aldı. Bu illərdə törədilən terror aktları nəticəsində
yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı SSRİ-nin
hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin
qurbanı oldu”.