Müstəqilliyə gedən yoldakı 20 Yanvar səddi

Müstəqilliyə gedən yoldakı 20 Yanvar səddi
20 Yanvar hadisələrindən 32 il keçir. Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Çünki 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilib.
 
20 Yanvar XX əsr boyu xalqımıza qarşı yürüdülən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırım və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin davamı idi.

SSRİ-nin müttəfiq respublikalarından biri olan Azərbaycandakı dinc nümayişçilərə qarşı hərbi müdaxilə etməsi əslində heç təəccüblü də deyildi. Çünki 20 Yanvar hadisələrinin bənzərini SSRİ 1956-cı ildə Çexoslovakiyada, 1968-ci ildə Macarıstanda və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirmişdi.
Ümumiyyətlə ötən əsrin sonlarında Azərbaycan xalqının müstəqillik, suverenlik arzusu və bu istiqamətdə siyasi oyanışı Sovet hökumətini ciddi narahat edirdi. Nəticə etibarilə Bakıya qoşun göndərən Sovet hökuməti 1990-cı il 20 yanvar tarixində dinc əhaliyə və etirazçılara qarşı silahlı müdaxilə ilə cavab tədbirləri gördü.

Sovet hökuməti Bakıya qoşun yeritsə də, bu Azərbaycan xalqının müstəqillik arzusunu və ya etirazlarını səngitmədi. Əksinə, SSRİ rəhbərliyinin səriştəsiz siyasətinin ən pik həddi olan 20 Yanvar qırğınları Azərbaycandakı mübarizə ruhunu daha da artırdı və Sovet imperiyasının 70 il ərzində yaratdığı xof büsbütün dağıldı.
 
20 Yanvar hadisələrinin baş verməsində şübhəsiz ki, Azərbaycanın o vaxtki səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin də payı vardı. Baş verən hadisələr baxmayaraq israrla Kremldən gələn tapşırıqları icra edən bu şəxslərdə 20 Yanvar hadisələrinin baş verməsində məsuliyyət daşıyır. Xalqla bir olmağa cəsarəti çatmayan sovet rəhbərliyinin ətəyindən yapışmaqda davam edən bu şəxslər hər zaman olduğu kimi, bu dəfə də xalqın səsinə qulağını tıxadı.
 
20 Yanvar qırğınından danışarkən hadisələr sonrası məsələyə həmin vaxt Moskvada yaşayan mərhum Prezident Heydər Əliyevin verdiyi reaksiyanı da qeyd etmək lazıdmır. Məsələ ondadır ki, özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, faciənin ertəsi günü Heydər Əliyev Azərbaycanın daimi nümayəndəliyinə gəldi, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi və xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bu fakt ona görə vacibdir ki, 20 Yanvar hadisələri sonrası Qərb və onun "demokratiyası” Bakıda qırğınlar törədilməsinə qərar verən Mixail Qarbaçova Beynəlxalq Nobel Sülh Mükafatı verdi.
 
ABŞ hökuməti də bu hərbi müdaxiləni anlayışla qarşıladığını bildirmişdi. Avropanın müxtəlif müdya qrumları da Bakıda baş verən qırğınlara qeyri adeqvat yanaşma sərgilədi. Məsələn, "Ştern” məcmuəsi və "Tribuna lyudu” qəzeti bu hadisələri qeyri-obyektiv işıqlandıraraq, hərbi qüvvədən istifadə olunmasının zəruri olduğunu bildirmişdi. "Los-Anceles Tayms”, "Vaşinqton Post”, "Krisçen Sayens Monitor”, "Nyu-york Tayms”, "Baltimor San” kimi dünyanın ən tanınan mətbu orqanları, eləcə də bir sıra xarici radiostansiyaların məlumatlarında Bakıda baş verən hadisələrə laqeyd münasibət özünü göstərirdi. Göründüyü kimi, Qərbin ən ali dəyər saydığı, realda isə oyuncaq kimi oynatdığı "Demokratiya” da Bakıda törədilən qırğınları zorakılıqları alqışladı. Əks halda Bakı qırğınlarına qərar verə, rəhbərlik edə Qorbaçovu ən azından demokratiya düşməni elan edərdi.

1990-cı il yanvarın 20-də Bakıda hadisələr baş verərkən Qarabağda da ermənilər aktivləşmişdi. Erməni ideoloqları və onların ilhamvericiləri "Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda iki komitəsi - Yerevanda "Qarabağ” komitəsi və onun Dağlıq Qarabağda uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı olan "Krunk” açıq fəal mübarizəyə başlamış, separatçılıq hərəkatı genişlənmişdi.
 
1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Azərbaycanın suverenliyini kobud surətdə pozaraq, DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. 42 gün ərzində DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Birbaşa mərkəzin fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin faktiki olaraq Azərbaycandan ayrılması və Ermənistana istiqamətləndirilməsi baş verdi. Bununla da, Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi.

Nəticədə, sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1988-ci ilin sonu 1989-cu ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı. DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Bu illərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu”.

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...