Bakıda şirkət əməkdaşı qəza törətdi, 3 nəfər öldü

Bakıda şirkət əməkdaşı qəza törətdi, 3 nəfər öldü
Bakıda şirkət əməkdaşı qəza törədib, 3 nəfər ölüb.

Sfera.az xəbər verir ki,  hadisə yanvarın 18-də paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Firudin Əsədovun idarə etdiyi və "Səba” ASC-yə məxsus "Hyundai” markalı yük avtomobili 1973-cü il təvəllüdlü Elşən Eyvazovun idarə etdiyi "VAZ-2109” markalı avtomobili ilə toqquşub. Nəticədə E.Eyvazov, onun sərnişinləri – 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
 
(report)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

Könül Nurullayeva: “Brüssel görüşündə uğurlu nəticələr əldə olunub”.

Beş saat davam edən Brüssel görüşündə və Aİ Şurasının Prezidenti Şarl Mişelin mətbuata açıqlamasında “Dağlıq Qarabağ” ifadəsi yenə işlədilmədi. Eyni...

Vüqar Səfərli ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli cəzaçəkmə müəssisəsinə köçürülüb....

Mikayıl Cabbarov Davos İqtisadi Forumuna qatıldı

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrədə keçirilən Davos Dünya İqtisadi Forumunda iştirak edir.   Sfera.az xəbər verir ki, bu barədə nazir...

Türkiyə NATO üzvlüyündən çıxarılır?: “Bu məsələ gündəmə gələ bilər”

Finlandiya və İsveçin  NATO-ya üzvlük məsələsi xeyli vaxtdır gündəmdədir. Alyansın baş katibi buna müsbət münasibətini ifadə edib və bildirib ki, bu, Avrop...

Səhiyyə Nazirliyi meymun çiçəyi ilə bağlı təcili məlumat yaydı: Şübhəli hallar...

Azərbaycan ərazisində bugünkü tarixədək meymun çiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb.   Bu barədə Sfera.az-a Səhiyyə Nazirliyindən xəbər ...

26-29 may tarixlərində Bakı nələrə şahid olacaq? - FOTOLAR

26-29 may tarixlərində Bakıda baş tutacaq "Texnofest 2022" ilə bağlı bu gün mediaur təşkil edilib.   Sfera.az xəbər verir ki, mediatur çərç...