Azərbaycanda yoxa çıxan xəstəliklər AÇIQLANDI

Azərbaycanda yoxa çıxan xəstəliklər AÇIQLANDI
Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə skarlatina ilə (73,6 faiz), su çiçəyi ilə (64,5 faiz), kəskin bağırsaq infeksiyaları ilə (13,9 faiz), viruslu hepatit ilə ( 9,8 faiz) xəstələnmə halları azalıb.

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, göyöskürək və malyariya xəstəlikləri isə ümumiyyətlə qeydə alınmayıb
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1