DTX xaricdə qanunsuz silahlı birləşmələrə qoşulanlara qarşı əməliyyat keçirdi

DTX xaricdə qanunsuz silahlı birləşmələrə qoşulanlara qarşı əməliyyat keçirdi
Xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulan şəxslər məsuliyyətə cəlb ediliblər.

Sfera.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

Bildirilib ki, DTX tərəfindən aparılmış araşdırmalar nəticəsində Azərbaycan vətəndaşları - 1976-cı il təvəllüdlü Hüseynov Seymur Əliş oğlunun və 1970-ci il təvəllüdlü Novruzbəyov Elxan Əmənulla oğlunun ölkəni tərk edib əvvəlcə İranın Tehran şəhərinə, oradan isə qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olmaq üçün qeyri-leqal yolla digər xarici dövlətlərin ərazisinə keçərək cinayətkar dəstələrə qoşulmaqla onların tərkibində döyüş təlimlərində və silahlı münaqişələrdə iştirakına dair əsaslı şübhələr müəyyən edilib.

İstintaq müddətində məlum olub ki, S.Hüseynov "Abuzər” ləqəbli şəxsin, E.Novruzbəyov isə Qasımov Vüsal Qəzənfəroviçin rəhbərlik etdiyi, qanunvericiliklə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olublar.

Faktla bağlı DTX-də istintaqı aparılan cinayət işi üzrə hər iki şəxs Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycandan kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Xankəndidə silah-sursat AŞKARLANDI

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd ol...

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...

Bakıda kafedən pul oğurlayan şəxs SAXLANILDI

Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd olunub ki, ...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ olub. Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkə...

Bu məhsulları yesəniz dişlərinizi kariyesdən qoruyacaqsız

Pendir və digər süd məhsullarını çeynəyərkən, onlar tüpürcək istehsalını stimullaşdırır, bu da öz növbəsində dişlərdəki turşunu zərərsizləşdirə və çürüklərin qa...