Mikayıl Cabbarov: \"Ötən il vergi daxilolmaları proqnozu 118% icra edilib\"
14:20 / 18.01.2022
517
2021-ci ildə Azərbaycanda vergi daxilolmaları 2020-ci ilə nisbətən 15,5% artaraq 8,5 milyard manat təşkil edib, proqnoz 117,7% səviyyəsində icra olunub.
Sfera.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, ötən il qeyri-neft sektoru üzrə vergi daxilolmaları 13,5% artaraq 6,4 milyard manat olub, proqnoz 112,2% səviyyəsində yerinə yetirilib.
(report)