Ankara Moskva görüşündə Zəngəzur dəhlizi şərtindən geri çəkilib? - Açıqlama
12:11 / 18.01.2022
709
"Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin
Moskva görüşünə dair hər iki tərəfin rəsmi açıqlamasında bir cümlə xüsusilə
diqqət çəkirdi - Tərəflər ilkin şərt olmadan münasibətlərin normallaşması
istiqamətində danışıqları davam etdirəcək. Məsələ ondadır ki, "İlkin şərtin
olmaması” İrəvan üçün Ankara qarşısında əldə edilən konkret uğurdur”.
Bu sözləri Sfera.az-a açıqlama verən siyasi şərhçi
Asif Nərimanlı Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində
atılan son addımları şərh edərkən deyib:
İndki halda isə aktual sual budur ki, Ankara
normallaşma prosesində irəli sürdüyü prinsiplərdən, xüsusilə Zəngəzur dəhlizi şərtindən
imtina edib?
"Aydın məsələdir ki, rəsmi İrəvan indiki halda
"şərtsiz” danışıqlara maraqlıdır. Misal üçün, yanvarın 14-də Tərəflər arasında
keçirilən Moskva görüşündə Nikol Paşinyanın Arazdəyən-Mehri dəmir yolu xəttinin
bərpası üçün işçi qrupun yaradılması barədə qərarı "şərtsiz” danışıqlarla bağlı
fərqli ehtimalı önə çıxarır", - detə politoloq bildirib.
Onun sözlərinə görə, ehtimal ki, tərəflər Paşinyan hakimiyyətinin
daxildə üzləşə biləcəyi reaksiyanı nəzərə alaraq, rəsmi açıqlamaya "ilkin şərt
olmadan” qeydinin daxil edilməsinə razılaşıblar və bu, normallaşma prosesinin
davamlı olmasına hesablanıb:
Turan Rzayev