Ukrayna ətrafında vəziyyət gərginləşir: Daha iki ölkədən dəstək gəldi
Dünya
10:55 / 18.01.2022
592
ABŞ-la Rusiya arasında Ukrayna ilə bağlı aparılan danışıqlar nəticəsiz qalandan sonra daha 2 ölkə Ukraynaya hərbi dəstək verilməsi haqqında qərar qəbul edib.
Sfera.az "Reuters”ə istinadən xəbər verir ki, İngiltərə və Kanada Ukraynaya silah və hərbi qulluqçular göndərib. İngiltərənin tank əleyhinə silahları, Kanadanın isə xüsusi təyinatlıları Ukraynada yerləşdirilib.
Qeyd edək ki, Rusiya ötən həftə Ukraynanın NATO-ya daxil olacağı və Qərb ölkələrinin tələbləri yerinə yetirməyəcəyi təqdirdə hərbi müdaxilə edəcəyinə dair xəbərdarlıq edib. Ukrayna isə silahlı qüvvələri üçün Qərb ölkələrindən hərbi yardım istəyib.
Vasif
Sfera.az