Azərbaycanda bir ailənin 5 üzvü zəhərləndi

Azərbaycanda bir ailənin 5 üzvü zəhərləndi
Zərdabda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

Sfera.az-ın məlumatına görə, hadisə səhər saatlaeında Alıcanlı kəndində baş verib.

Bir ailənin üzvləri - ata, ana, oğul və iki azyaşlı qız nəvəsi yaşadıqları evdə dəm qazından zəhərlənib.

Hüşsuz vəziyyətə düşən 1960-cı il təvəllüdlü Cavadov Əhsan  Cavad oğlu, 1963-cü il təvəllüdlü Cavadova Mətanət Rəsul qızı, oğulları 1989-cu il təvəllüdlü Elman Cavadov və nəvələri 2012-ci il təvəllüdlü Mətanət Elman qızı Cavadlı və 2013-cü il təvəllüdlü Zeynəb Elman qızı Cavadlı təcili xəstəxanaya çatdırılıb.

Əldə olunan məlumata görə zəhərlənən şəxslər arasında Mətanət Cavadovanın durumu daha ciddidir.

Faktla bağlı araşdırma aparılır.
 
(bizim.media)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1