Həbib Nurməhəmmədov 150 restoran açacaq - İlki Moskvada fəaliyyətə başladı
15:48 / 17.01.2022
1216
Qarışıq döyüş növləri (MMA) döyüşçüsü və keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Moskva şəhərinin biznes mərkəzində özünün "M-eat by Khabib fast food” şəbəkəsinin ilk restoranını açıb.
Sfera.az xəbər verir ki, bu barədə "Vedomosti” məlumat yayıb.
2022-ci ilin may ayının sonuna kimi Nurməhəmmədovla əlaqəli "M-it Group Françayzinq” şirkəti paytaxtda daha 14 iaşə obyekti açmağı planlaşdırır. Şəbəkə nümayəndəsi əlavə edib ki, 2023-cü ilə qədər layihə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində genişlənməyi planlaşdırır. Bu ölkələrdə 150 restoranın açılması planlaşdırılır.
Bundan əlavə, mənbə bildirib ki, şirkət Mərkəzi Federal Dairəyə və Şimali Qafqaza genişlənməyi nəzərdən keçirir.
Vasif
Sfera.az