KTMT Nazarbayevin bütün izlərini silmədən Qazaxıstanı tərk etməyəcək - ŞƏRH
14:02 / 17.01.2022
623
Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas ötən gün Belarus
televiziya kanallarından birinə müsahibəsi zamanı deyib ki, yanvarın 19-dək
bütün sülhməramlılar Qazaxıstanı tərk edəcək.
KTMT qüvvələrin Qazaxıstanı tərk etməsi fonunda eks-prezident Nursultan Nazarbayevə yaxınığı ilə tanınan şəxslərin, həmçinin birinci və ikinci dərəcəli qohumlarının vəzifədən getməsi diqqət çəkir.
Əvvəl Nazarbayevin kürəkəni, kiçik qızı Aliyənin həyat yoldaşı "KazTransOil SC"nin İdarə Heyətinin sədri Dimaş Dosanov və ortancıl qızı Dinaranın əri "Atameken” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin sədri Timur Kulibayev vəzifəsindən istefa verdi. Daha sonra isə Nazarbayevin böyük qızı Dariqa ilə qeyri-rəsmi nikahda olan "QazaqGaz SC"nin İdarə Heyətinin sədri Kayrat Şaripbayevin səlahiyyətlərinə xitam verilib. Bu gün isə Nazarbayevin qardaşı oğlu Samat Abiş Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.
Aydın məsələdir ki, Qazaxıstan Prezidenti Qasım-Jomard Tokayev eks-prezident Nursultan Nazarbayevin Qazaxıstandakı bütün izlərini silmək niyyətindədir. Düzdür, bu ilk növbədə Kremlin tapşırığı olsa da, onun da maraqlarına uyğundur. Prinsip etibarilə Qazaxıstanda sosial narazılıq adı altında başlanan etirazlarda Nazarbayevin heykəllərinin dağıdılması etirazların məqsədinin nə olduğunu göstərmişdi. Kreml Nazarbayevin və klanının ölkədəki nüfuzunu və Prezident Tokayevin təkbaşına nəyəsə nail ola bilməyəcəyini bildiyidən KTMT-nin Qazaxıstana çağrılması ideyasını irəli sürdü.
Fəallar, həmçinin şəhərin
yerli hakimiyyət orqanlarından Nazarbayevin adını daşıyan küçələrə Qazaxıstanın
"dövlətçiliyini, birliyini və müstəqilliyini vurğulayan” neytral adların verilməsini
tələb ediblər. Məsələn, onlar Almatıdakı Nazarbayev prospektinə "Respublika”
adının verilməsini xahiş edirlər.
Turan Rzayev
KTMT qüvvələrin Qazaxıstanı tərk etməsi fonunda eks-prezident Nursultan Nazarbayevə yaxınığı ilə tanınan şəxslərin, həmçinin birinci və ikinci dərəcəli qohumlarının vəzifədən getməsi diqqət çəkir.
Əvvəl Nazarbayevin kürəkəni, kiçik qızı Aliyənin həyat yoldaşı "KazTransOil SC"nin İdarə Heyətinin sədri Dimaş Dosanov və ortancıl qızı Dinaranın əri "Atameken” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin sədri Timur Kulibayev vəzifəsindən istefa verdi. Daha sonra isə Nazarbayevin böyük qızı Dariqa ilə qeyri-rəsmi nikahda olan "QazaqGaz SC"nin İdarə Heyətinin sədri Kayrat Şaripbayevin səlahiyyətlərinə xitam verilib. Bu gün isə Nazarbayevin qardaşı oğlu Samat Abiş Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.
Aydın məsələdir ki, Qazaxıstan Prezidenti Qasım-Jomard Tokayev eks-prezident Nursultan Nazarbayevin Qazaxıstandakı bütün izlərini silmək niyyətindədir. Düzdür, bu ilk növbədə Kremlin tapşırığı olsa da, onun da maraqlarına uyğundur. Prinsip etibarilə Qazaxıstanda sosial narazılıq adı altında başlanan etirazlarda Nazarbayevin heykəllərinin dağıdılması etirazların məqsədinin nə olduğunu göstərmişdi. Kreml Nazarbayevin və klanının ölkədəki nüfuzunu və Prezident Tokayevin təkbaşına nəyəsə nail ola bilməyəcəyini bildiyidən KTMT-nin Qazaxıstana çağrılması ideyasını irəli sürdü.
Son istefalar fonunda Nazarbayev
və klanının məğlub olduğu şübhəsizdir. Bu gün isə KTMT faktiki olaraq Tokayevə
Nazarbayevin Qazaxıstandakı bütün izlərini silməyə yardımçı olur. Hətta hazırda
Qazaxıstanda paytaxtın əvvəlki adının (Astana) qaytarılması üçün imza
toplanmasına başlanılıb.
Nəticə etibarilə bütün
bunların KTMT Qazaxıstanı tərk edəcəyi tarix ərəfəsində baş verməsi bunu deməyə
əsas verir ki, Kreml təkcə Nazarbayevin siyasətini və kadrları deyil, onun izlərini
büsbütün silir. Bu həm də gələcəkdə, Nazarbayevin başlatdığı milliləşmə hərəkatının
yenidən canlanmaması üçün daxili auditoriyaya və siyasi elitaya verilən açıq
mesajdır.