Bölgədə nə baş verir? - “Ukrayna Putinin Krım körpüsünü dağıdacaq, Rusiya isə..”

Bölgədə nə baş verir? - “Ukrayna Putinin Krım körpüsünü dağıdacaq, Rusiya isə..”
"Qərb bu dəfə Rusiyaya heç bir güzəştə getməyəcək”.
 
Sfera.az bildirir ki, bunu sabiq spiker Rəsul Quliyev Rusiya-Ukrayna münasibətlərini şərh edərkən deyib. O qeyd edib ki, Avropa İttifaqında Rusiyaya nifrət edən Polşa, Baltik ölkələri, Bolqariya, Çexiya və Slovakiya kimi ölkələr var:
 
"Bu ölkələr neytral qalmayacaqlar, çünki Ukraynadan sonra onlar gəlirlər. Rusiya 100 min əsgər, 3 min tank və bir neçə yüz təyyarə ilə Ukraynanı işğal edə bilməz. ABŞ və Qərbin vəzifəsi Ukraynanı rusların hava hücumundan qorumaq olmalıdır. Böyük təyyarələrlə bir neçə yüz tank vuran "Jevelin” Ukrayna ordusuna verilməlidir. Əminəm ki, sözügedən ölkənin ordusu maksimum bir aya Donbası azad edib, ən azı 15-20 kilometr rus ərazisinə irəliyəcək. Ondan sonra tutduğu torpaqları Krımla dəyişəcək”.

R.Quliyev bildirib ki, müharibə başlayacağı təqdirdə, Ukrayna Putinin Krım körpüsünü dağıdacaq, Rusiya isə, Mariopolu işğal edib Krıma yaxınlaşmaq istəyəcək:

"Mariopol cəbhəsini yarmaq çox cətin məsələdir. Ukrayna Donbası azad edib Moriopala hücum edən rus qoşunlarının arxasına keçib onları mühasirəyə alacaq. Bunları mən bilirəmsə, rus generalları məndən 10 dəfə yaxşı bilir. Hər halda, onlar Putini başa salacaqlar. Fikrimcə, heç bir müharibə olmayacaq və Ukrayna Qərbin köməkliyi ilə Putini Donbasdan çıxmağa məcbur edəcək”.

Türkan 
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1