\"Vaşinqton Post\" dağ kəndlərimizdən reportaj hazırladı - FOTOLAR

\
Azərbaycanın dağ kəndləri barədə xüsusi reportaj hazırlayıb.

Sfera.az xəbər verir ki, reportajda Azərbaycanın dağ kəndlərinin məişət həyatından, yaşayış məntəqələrindəki dəyişikliklər yer alıb.

Quba rayonunun Xınalıq kəndi, bu yaşayış məntəqəsinin qeyri-adi, bəzi xüsusiyyətləri ilə seçilən yaşam tərzi işıqlandırılıb.

Qeyd edilir ki, buradakı kəndlərin xüsusi yaşam tərzi var. Qafqaz dağları hündür və qorxuncdur və köçərilərin bir zamanlar gizləndiyi mağaralarla doludur. Təxminən Qərbi Virciniya ölçüsündə ərazidə ayrı-ayrı dillərdə danışan etnik qruplar, xalqlar var: "Təkcə Xınalıq deyil, həm də Buduq, Qrız, Cek, Tsaxur və Nic qəsəbələri, hətta bir neçəsinin adlarını çəkmək olar ki, öz dillərində danışırlar”.

Xınalıq UNESKO-nun Ümumdünya İrs siyahısına daxildir və Azərbaycan turizm sektoru onu ölkənin bir çox gizli incilərindən biri kimi sürətlə təbliğ edir. Bura yeni yol çəkilişi gediş-gəlişi bir qədər asanlaşdırıb.

Reрortajda kənd evləri, qalın paltar geyinmiş sakinlərin buzlu cığırlarda aşağı-yuxarı getmələri, bir sözlə, Xınalığın gündəlik yaşam tərzi təsvir olunub.

"Kənd sakini Rəhman bizi iki mərtəbəli evinə çay içməyə dəvət etdi. Onun binasında yükü təxminən 300 dollara Qubadan gətirilən böyük bir taxta yığını üstünlük təşkil edirdi. Əzilmiş gümüş samovara bir neçə çubuq saldı. Suyun qaynamasını gözlədiyimiz müddətdə Rəhman evə yeni əlavə olan WiFi-yə qoşulmağımı çox istəyirdi. Aranda çoxlarının mənə dediyinin əksinə olaraq, artıq neçə illərdir ki, kənddə telefon və televizor var”, - reportyor əlavə edib.

"İnsanlar gedirlər”, - Rəhman və oğlunun Bakıda universitetdə oxuduğunu xatırladıb. Soruşdum ki, özü niyə bu qədər uzun müddət qalıb? "Bu, mənim Vətənimdir və bu kifayətdir”, - o cavab verdi”, - reportyor vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...