Ağdamda evdən 52 min manatlıq oğurluq edildi - FOTO

Ağdamda evdən 52 min manatlıq oğurluq edildi - FOTO
Ağdamda evdən 52 min manatlıq oğurluq edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini ona məxsus fərdi yaşayış evindən 37 200 manat pulunun və 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.

Müraciət əsasında dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri Tural Tağıyev, Anar Həsənov və Ehtiram İsmayıloğlu saxlanılıblar. Həmin şəxslərdən oğurladıqları pulun və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...