Lavrov "KTMT barıtı quru saxlamalıdır” dedi - Hansı ölkəyə girəcəklərinə eyham vurdu?

Lavrov
KTMT "barıtı quru saxlamalıdır”, çünki Qazaxıstan hadisələrinin bu bloka daxil olan və olmayan başqa ölkələrdə də təkrarlanması mümkündür. virtualaz.org xəbər verir ki, belə bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında Qazaxıstan hadisələrinin başqa ölkələrdə təkrarlanması imkanlarını şərh edərkən deyib.

"Qazaxıstan prezidenti kollektiv təhlükəsizlik haqda Müqaviləyə tam uyğun olaraq öz müttəfiqlərinə müraciət etdi. O nümayiş etdirdi ki, son illər KTMT-nin sülhməramlı potensialının yaradılmasına dair səylər olduqca və olduqca effektli olub. Və bu potensial olduqca və olduqca lazımlıdır”,-Lavrov deyib.
Rusiya xarici işlər naziri "sülh istəyirsənsə müharibəyə hazır ol” deyimini xatırladıb, əlavə edib ki, xoşbəxtlikdən Qazaxıstanda iş müharibəyə qədər gedib çıxmadı. "Lakin sülhməramlı qüvvələrin potensialı öz fəaliyyət qabiliyyətini sübuta yetirdi”,-o bildirib.

Lavrovun fikrincə, Qərbdə KTMT qüvvələrinin hansı sürətlə Qazaxıstanın köməyinə çatdığını görəndə "heyrətdən sifətlər əyildi” və hamı bunu layiqincə qiymətləndirdi. "Mən buna şübhə etmirəm”,-Rusiya xarici işlər naziri əlavə edib. Lavrovun sözlərinə görə, Rusiya hər şeyi edir ki, hadisələrin o cümlədən KTMT çərçivəsində Qazaxıstandakı kimi inkişafının qarşısını alsın.

"Amma birdən nəsə olsa KTMT hazır olmalıdır, çünki Mərkəzi Asoya və digər ölkələrdə situasiyanı xaricdən qarışdırmaq səyləri yetərincədir. Onlar ABŞ-ın Əfqanıstanı indiki durumda buraxıb qaçmasından sonra daha da inadkar olublar”,-Lavrov əlavə edib.

(virtualaz.org)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

Almaniyada meymun çiçəyinə 4 yoluxma qeydə alındı

Almaniya Səhiyyə Nazirliyi ölkədə meymun çiçəyinə 4 yoluxma halının olduğunu təsdiqləyib.   Sfera.az “RİA Novosti”yə istinadən xəbər veri...

Bu il ən böyük bahalaşma hansı rayondadır?

Bu il Azərbaycanda yüksək qiymət artımları müşahidə edilir. Aparılan qiymət müayinələri göstərir ki, 2022-ci ildə bütün rayon və şəhərlərdə yüksək bahalaşma qey...

Müavinətlər və sosial yardımların ödənilmə vaxtı AÇIQLANDI

Respublika üzrə müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilmə vaxtı açıqlanıb.    Sfera.az xəbər verir ki, bu b...

ATƏT-dən Əliyev Paşinyan görüşünə reaksiya

Biz Avropa Birliyinin (AB) yardımı ilə Azərbaycan və Ermənistan tərəfləri arasında görüşü alqışlayırıq.   Sfera.az xəbər verir ki, bu barədə ATƏT-ə s...

"Təranənin yanında yaxşı kişi olsaydı..." - Rəqsanə

"Neçə gündür Elza Seyidcahanın verilişdə olması gündəmdədir. Ona yardımı reklam üçün etmədim. Uşaq deyiləm, onla özümə xal qazanım. Elza Seyidcahanla heç y...

Şuşa və Ağdama iyuna olan biletlər satışa çıxarılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Şuşa və Ağdam şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərin...